MƏRKƏZ ƏHALİNİN MƏŞĞULLUĞUNA XÜSUSİ DİQQƏT GÖSTƏRİR
Zaqatala Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən il mərkəzə müraciət etmiş 492 işaxtaran vətəndaş münasib işlə təmin olunmuşdur. Bu da əvvəlki illə müqayisədə 215 nəfər çoxdur. İşlə təmin olunanların 232 nəfəri gənclər, o cümlədən 178-i qadındır.
Bundan əlavə, ötən il mərkəzin xətti ilə 16 işsiz peşə hazırlığı kursuna göndərilmiş, 40 nəfər ictimai işə cəlb olunmuş, 19 nəfərə işsizlik statusu verilmiş, 23 nəfərə isə işsizliyə görə müavinət təyin edilmişdir.