Mərkəzi Elmi Kitabxana akademiklərin elektron kitablarını oxuculara təqdim edir
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın akademikləri İbrahim Quliyev, Nərgiz Axundova və Teymur Kərimlinin müəllifi olduğu e-kitabları oxuculara təqdim edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, oxucular kitabxananın “Elektron kitablar” verilənlər bazasına daxil olub, nəşrləri PDF formatda yükləyə bilərlər. Oxuculara AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin “İqtisadi risklərin qiymətləndirilmasi və idarə edilməsi” dərsliyi, akademik Teymur Kərimlinin “Nizami və tarix” və akademik Nərgiz Axundovanın “Kavkaz i velikiye tyurkskiye imperii" kitabları təqdim olunur.
Qeyd edək ki, bu xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]