Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinə həsr olunan sərgi təşkil edilib
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) 20 Yanvar faciəsinin ildönümlərini müxtəlif sərgi və tədbirlərlə qeyd edir.
MEK bu dəfə də öz ənənəsinə sadiq qalaraq Qanlı Yanvar faciəsi ilə əlaqədar sərgi təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, “Qara Yanvar şəhidləri”, “Şəhidlər dastanı”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Nikbin faciə”, “Qara Yanvar dialoqu”, “Qanlı Yanvar”, “Vətən çağırır” və digər kitablar nümayiş olunur.
Sərgi yanvarın sonunadək davam edəcək.