Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir
Bakı, 31 oktyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gələn Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a məlumat verilib.
Görüşdən məmnunluğunu bildirən Məzahir Pənahov qeyd edib ki, rəhbərlik etdiyi ali seçki qurumu beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.
Sergey Lebedev seçkilərlə bağlı həyata keçirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıb.
MSK sədri reallaşdırılmış genişmiqyaslı layihələr, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar barədə qonaqları ətraflı məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]