MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
İclasda Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçiriləcək ümumxalq səsverməsinin (referendumun) nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun layihəsi müzakirəyə çıxarılmışdır. Komissiya bu sənədi əsas kimi qəbul etməyi qərara almışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti
22 avqust 2002-ci il