Mərkəzi Seçki Komissiyasında görüş keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskasın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Məzahir Pənahov əlaqələri daim genişlənən iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan da məmnunluğunu bildirib. Sədr, həmçinin vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.
Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirən Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskas noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib və qonaqların suallarını cavablandırıb.
Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]