Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri MSK-da olub
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasında noyabrın 1-də keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcək Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Məzahir Pənahov ölkəmizdə keçirilən seçkilərin müşahidəsində hər zaman yaxından iştirak edən Mərmərə Qrupu Vəqfinin nümayəndə heyəti ilə budəfəki görüşdən də məmnunluğunu bildirib.
Qonaqlar ölkəmizə hər gəldiklərində şahidi olduqları dinamik inkişafdan sevinc hissi keçirdiklərini bildirib və seçkilərə son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, Milli Məclisə seçkilərlə bağlı həyata keçirilmiş layihələr barədə onları ətraflı məlumatlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]