Məscidlərdə bayram namazı qılınır
Bakı, 27 may, AZƏRTAC
Qurban bayramı münasibətilə mayın 27-də Bakının məscidlərində bayram namazı qılınır.
AZƏRTAC xəbər verir ki, Təzəpir məscidində təşkil olunan bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə imamətlik edir.
Qurban bayramı münasibətilə namazlar təkcə paytaxtda deyil, respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərdə də qılınır.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Aydın Məmmədov
Videooperator - Mirrəsul Cəfərov