“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək
Bakı, 24 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin axırınadək yekunlaşdırılması nəzərdə tutulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyestr dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə formalaşdırılır. Burada vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. Vətəndaşların xərclərinin strukturu barədə informasiyalar da reyestrdə əksini tapacaq.
Reyestrin yaradılmasında məqsəd əmək bazarı ilə bağlı informasiya bazasını inkişaf etdirmək, qeyri-formal məşğulluğa nəzarət tədbirlərini gücləndirmək və daha səmərəli fəaliyyəti təşkil etməkdir.
“Əmək münasibətləri və məşğulluq” altsisteminin tərkib hissəsi kimi hazırlanan reyestr gələn ilin əvvəlində istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]