Məşhur cüdo məşqçisi Bədən Tərbiyəsi və İdman Akademiyasının qonağı olub




Bakı, 26 yanvar, AZƏRTAC
Beynəlxalq Cüdo Tədqiqatçıları Assosiasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının Elmi Komitəsinin üzvü, Birlik Cüdo Assosiasiyasının təhsil direktoru və Avropa Cüdo İttifaqının keçmiş elmi və didaktik eksperti, professor Mayk Kallan və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qonağı olublar.
AZƏRTAC xəbər verir ki, görüş zamanı akademiyanın rəhbər heyəti tərəfindən tərəfdaşlıq çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verilib. Daha sonra akademiyanın mövcud imkanları çərçivəsində mümkün tərəfdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, Mayk Kallan cüdo idman növü üzrə dünyanın ən güclü məşqçilərindən biridir. O, 20-dən çox ölkədə milli səviyyəli idmançılarla işləyən 200-ə yaxın məşqçinin peşəkar inkişafına dəstək olub.