MƏŞQÇİ MƏĞLUBİYYƏTİN SƏBƏBİNİ PSİXOLOJİ HAZIRLIĞIN ZƏİFLİYİNDƏ GÖRÜR
Avqustun 18-dən sentyabrın 3-dək Çində keçirilmiş dünya “Qran-pri” yarışlarının seçmə qrup mərhələlərində Azərbaycan komandasının uğursuz çıxışının səbəblərindən danışan baş məşqçi bildirmişdir ki, oyunlarda yığmanın fiziki hazırlığı yüksək olsa da, psixoloji hazırlığı zəif idi. Voleybolçularımız olimpiya və dünya çempionları Rusiya, Çin, Kuba və İtaliya komandaları ilə gərgin oyunlar keçirmiş, görüşlərin yalnız sonuncu hissəsində az xal fərqi ilə uduzmuşlar. Azərbaycan voleybolçularının dünyanın 12 ən güclü komandası arasında olmasını əhəmiyyətli sayan Faiq Qarayev gələcək mötəbər yarışlardan çox şey gözlədiyini qeyd etmişdir.
Yığma komandaya gənc və peşəkar oyunçuların cəlb olunması üçün hazırda klublarda işlər aparıldığını bildirən məşqçi daha yüksək uğurlar qazanmaq üçün müvafiq Dövlət proqramının qəbul olunmasının, yeni voleybol meydançaları tikilməsinin, peşəkar məşqçilərin işə cəlb edilməsinin və uşaq voleybolunun inkişafının vacibliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]