Məsud Pezeşkian Azərbaycana səfərini əməkdaşlıq üçün yeni üfüqlərin açılmasında müqəddimə adlandırıb
Bakı, 29 aprel, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana etdiyi rəsmi səfəri başa vurduqdan sonra X sosial şəbəkədəki platformasında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edən mesaj yazıb.
AZƏRTAC xəbər verir ki, İran Prezidenti mesajında qeyd edib: “Bakıda hörmətli qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə anlaşmamız olub və sənədlər imzalamışıq. Bu səfər etimadın artırılmasına, elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına müqəddimədir.
Qonaqpərvərliyə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:05]