“Meta” kompaniyası Avropada 1,2 milyard avro cərimələnib
Bakı, 22 may, AZƏRTAC
Avropa İttifaqının tənzimləyici orqanları ABŞ-ın “Meta” kompaniyasını 1 milyard 200 milyon avro məbləğində cərimələyib.
AZƏRTAC xəbər verir ki, həcminə görə rekord cərimə kompaniyaya feysbuk sosial şəbəkəsində məlumatların məxfiliyi üzrə Avropa qaydalarını pozduğuna görə tətbiq edilib. Həmin qərarı əsassız adlandıran “Meta” öz növbəsində apelyasiya şikayəti vermək qərarına gəlib. Kompaniya ilin əvvəlindən bəri üçüncü, son altı ay ərzində isə dördüncü dəfədir cərimələnir.
Yanvar ayında Avropa İttifaqının tənzimləyiciləri məxfilik qaydalarını pozduğuna görə “Meta” kompaniyasına 390 milyon avro cəza kəsmiş, Aİ-nin 27 ölkəsində istifadəçilərlə məcburi reklam müqavilələri bağlamağı qadağan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]