MƏTBUAT VƏ MƏHKƏMƏ MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 5-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel, həmin komitənin katibi David Kupina Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri Gülzar Rzayeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Hikmət Mirzəyevlə görüşmüşlər. Görüşdə, həmçinin Avropa Şurası baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Mats Lindberq və Apellyasiya Məhkəməsinin kollegiya üzvləri iştirak etmişlər.
Görüşdə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar kütləvi informasiya vasitələrinin tərəf olduğu mülki işlərə baxılarkən məhkəmə təcrübəsinin bəzi cəhətləri, bu sahədə Avropa ölkələrindəki vəziyyət, müzakirə edilən mövzuya dair müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi problemləri, media və məhkəmə münasibətləri, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]