METRONUN “20 YANVAR” STANSİYASI MATƏMSAYAĞI BƏZƏDİLƏCƏKDİR
Yanvarın 20-də Bakı Metropoliteninin bütün stansiyalarında faciə baş verən gün lentə alınmış videokadrlar nümayiş etdiriləcəkdir.
Metropolitenin rəisi Tağı Əhmədovun AZƏRTAC-a verdiyi məlumata görə, həmin gün metronun “20 Yanvar” stansiyası matəmsayağı bəzədiləcək, bütün stansiyalarda matəm musiqisi səsləndiriləcəkdir.