Məzahir Pənahov: 11 məntəqə seçki komissiyası nöqsanlar aşkar edildiyi üçün buraxılıb
Bakı, 13 fevral, AZƏRTAC
Biz vətəndaşların konstitusiya hüququnu poza bilmərik. Hansısa məntəqədə pozuntular aşkar edildiyi halda ölçü götürülür.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsi Plenumunun iclasında deyib.
MSK sədrinin sözlərinə görə, seçkilər keçirildikdən iki gün ərzində protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduqdan sonra hər hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal olduğu zaman, bu, araşdırılır.
Budəfəki seçkilərdə araşdırmadan sonra 11 məntəqə seçki komissiyasında nöqsanlar olduğu aşkar edildi. MSK-nın qərarı ilə həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb”.