Mikayıl Cabbarov: 2021-ci ildə vergi daxilolmaları 15,5 faiz artıb
Bakı, 18 yanvar, AZƏRTAC
2021-ci ildə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edib və proqnoz 117,7 faiz səviyyəsində icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manat olub və proqnoz 112,2 faiz səviyyəsində yerinə yetirilib.