Mikrobiologiya İnstitutunun əməkdaşları Gənc alim və tədqiqatçıların 7-ci qrant müsabiqəsinin qalibi olublar
Bakı, 16 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutun Mikrobioloji biotexnologiya laboratoriyasının kiçik elmi işçisi və doktorantı Aqil Əhmədli Azərbaycan Elm Fondunun təşkil etdiyi Gənc alim və tədqiqatçıların 7-ci qrant müsabiqəsinin qalibi olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, fondun Müşahidə şurasının qərarına əsasən bu müsabiqədə 10 layihə, o cümlədən Aqil Əhmədlinin rəhbərlik etdiyi “Çirkli suların təmizlənməsində neftlə çirklənmiş torpaqlardan ayrılan yüksək lipolitik aktivliyə malik göbələklərdən istifadənin elmi-metodik əsaslarının hazırlanması” layihəsi qalib olub. Layihənin icrasında institutun daha 4 əməkdaşı iştirak edəcək.
Müsabiqə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi-tədqiqat aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə cəlb edilməsi məqsədilə elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:57]
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]