“Milan”-“Atalanta” oyunu ilə İtaliya A Seriyasında 36-cı tura start verilib
Bakı, 25 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 24-də futbol üzrə İtaliya A Seriyasında 36-cı tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında "Milan" və "Atalanta" komandaları üz-üzə gəlib. "San Siro" stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə meydan sahibləri açıb.
“Milan”ın türkiyəli futbolçusu Hakan Çalhanoğlu cərimə zərbəsindən baxımlı qola imza atıb. Bundan 20 dəqiqə sonra Duvan Sapata bərabərlik qolunu vurub.
Fasilədən sonra hər iki komanda təhlükəli vəziyyətlər yaratsa da, hesab dəyişilməyib.
Bu nəticədən sonra xalını 75-ə çatdıran "Atalanta" lider "Yuventus"la xal fərqini 5-ə endirib. "Milan" isə 60 xalla 6-cı pillədə qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]