“Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakı, 30 avqust, AZƏRTAC
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Şalke” klubunun müdafiəçisi Malik Tiavı transfer edib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
İyirmi bir yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmır.
Malik Tiav “Şalke”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Almaniyalı futbolçu bu komandada 61 oyuna çıxıb, 3 qol vurub. Mərkəz müdafiəçisi Almaniyanın U-21 yığmasında da forma geyinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]