“Milan” prezidenti yeni stadion inşa etdirmək istədiyini bildirib
Bakı, 13 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, "Milan" prezidenti Paolo Skaroni yeni stadion tikdirmək istədiyini bəyan edib və oyun meydançasının necə olacağı barədə fikirlərini açıqlayıb.
Klub prezidenti bildirib: "Biz dünyanın ən gözəl stadionunu yaratmaq istəyirik. Bu, 70 min tamaşaçı tutumlu ekoloji cəhətdən təmiz stadion olacaq. Biz təcrid olunmuş və itirilmiş ərazilərdən birini dəyərləndirmək istəyirik, ona görə də San Donatoda stadion inşa etmək qərarına gəlmişik. Bu, milyard dollarlıq investisiya olacaq - sərmayənin bir hissəsi tikinti dəyərinin təxminən üçdəbirindən və borc götürülmüş pulun üçdə ikisindən ibarət olacaq. Planımız bu stadionda ilk oyunu 2028-ci ilin iyul-avqust aylarında keçirilməkdir”.
O əlavə edib: "Bu ərazidə parkinq və nəqliyyatla bağlı problemlərimiz yaranacaq, çünki bu yer iki yol arasında yerləşən ada kimidir, ona görə də şəhərin qalan hissəsi ilə birləşə bilməsi üçün buradan körpülərin salınması vacibdir. Biz burada ticarət mərkəzi tikməyəcəyik, kommersiya fəaliyyəti təşkil edəcəyik. Restoranlar və istirahət məkanları fəaliyyət göstərəcək. Burada həyat ilboyu fəal şəkildə qaynamağa davam edəcək. Matçlar, eləcə də konsertlər kimi digər əyləncəli tədbirlər keçiriləcək”.
Əvvəlcə "İnter" və "Milan" klubları "San Siro"nu yenidən qurmaq barədə düşünüblər. Tərəflər bir neçə il Milan meriyası ilə danışıqlar aparsalar da, heç nə ilə bağlı razılığa gələ bilməyiblər.