Miller Rusiyadan Çinə qaz nəqlinin başlanması üçün son tarixi açıqlayıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Rusiyadan Çinə 2027-ci ilə qədər “Uzaq Şərq” marşrutu ilə qaz tədarükü başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
Miller bəyan edib ki, Çin Rusiya qazının “Sibirin Gücü” vasitəsilə tədarükünü daha da artırmaq imkanını nəzərdən keçirir.
“Qazprom” Çinə “Sibirin Gücü” qaz kəmərinin tam istifadəyə verilməsi perspektivləri barədə məlumat verib. Boru kəməri tam gücə çatdıqdan sonra şirkət Çinin ən böyük qaz tədarükçüsü olacaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaaqiyn Xürelsux ilə görüşdə Monqolustan ərazisindən keçərək Çinə çatacaq “Sibirin Gücü 2” qaz kəmərinin tikintisinin yaxşı templə davam edəcəyinə əmin olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]