“MİLLƏTLƏR KUBOKU” YARIŞLARININ FİNALINDA RUSİYA VƏ İSRAİL YIĞMALARI QARŞILAŞACAQLAR
Dörddəbir finala çıxan 8 komanda arasından 4 ən güclü yığma mübarizəni yarımfinalda davam etdirmişdir.
Bu mərhələdə İsrail komandası Azərbaycan eruditlərini, Rusiya komandası isə Almaniya yığmasını məğlub edərək finala çıxmışlar.
Günün birinci yarısında isə bütün iştirakçı komandalar “Breyn-rinq” və “Erudit–kvartet” üzrə yarışlarda gücünü sınamışlar.
“Breyn-rinq” üzrə yarışlarda Rusiya yığması birinci yer tutmuşdur. Bu qələbə Rusiya komandasına sentyabrın 3-də hazırkı dünya çempionu Azərbaycan komandası ilə birincilik uğrunda superfinalda yarışmaq hüququ vermişdir.
“Erudit-kvartet” yarışlarında isə ilk üç yeri İsrail, Rusiya və Azərbaycan komandaları tutmuşdur.
Beləliklə, sentyabrın 3-də “Kim? Harada? Nə vaxt?” intellektual oyunu üzrə ikinci “Millətlər Kuboku” yarışlarının finalında Rusiya və İsrail komandaları qarşılaşacaqlar. Azərbaycan və Almaniya komandaları isə yarışı üçüncü yerdə başa vurmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]