MƏDƏNİYYƏT
Milli adət-ənənələrimiz xalqımızın sərvətidir
![Milli adət-ənənələrimiz xalqımızın sərvətidir](/files/2020/1/1200x630/15814077161858536250_1200x630.jpg)
Bakı, 11 fevral, AZƏRTAC
Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Deyirlər ki, toy olacaq” adlı tədbirdə iştirak edən hər kəs bu qədim ənənəmiz barədə onları maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya ünvanlıya biləcək.
Fevralın 13-də təşkil olunacaq tədbirdə hər kəsin iştirak etmək imkanı var.