Milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq
Bakı, 20 yanvar, Samirə Allahverdiyeva, AZƏRTAC
20 Yanvar hadisələrinin 25-ci ildönümündə şəhidlərimizin məzarlarını ziyarət etməyə axışan insanlar arasında Elm və Texnika Sənədləri Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Şahsuvar Həşimov da var idi.
O, AZƏRTAC-a müsahibəsində deyib ki, bu gün xalqımızın qürur günüdür. Tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisəsinin dəhşətlərindən danışmaq çox çətindir. Həmin gecə müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan Vətən övladlarımız ölkəmizə təcavüz edən imperiyanın hərb maşınının, təpədən-dırnağadək silahlanmış amansız ordu hissələrinin qarşısına əliyalın çıxıb, öz qanları ilə qəhrəmanlıq salnaməmizə imza atıblar.
20 Yanvar faciəsi zamanı sovet qoşunlarının törətdikləri vəhşilikləri heç zaman unutmayacağıq. Milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]