Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ BANKIN İDARƏ HEYƏTİNİN SƏDRİ ELMAN RÜSTƏMOVUN ÇIXIŞI

Bu ilin birinci rübündə Azərbaycanın bank-maliyyə sektorunda xeyli uğurların əldə olunduğunu bildirən Milli Bankın İdarə heyətinin sədri ELMAN RÜSTƏMOV qeyd etdi ki, ölkədə makroiqtisadi sabitlik davam edir və Azərbaycan iqtisadiyyatı sürətlə kapitallaşır. Sevindirici haldır ki, bu prosesdə qeyri-neft sektoru yaxından iştirak edir və bu məsələdə daxili investisiyaların mühüm çəkisi vardır. İlin birinci rübündə ölkədə fəaliyyət göstərən bankların aktivləri də artıb, ipoteka sferasında canlanma yaranıb.
2007-ci ilin birinci rübünün yekunları ölkənin sosial-iqtisadi inkişafının, əldə olunmuş nəticələrin, müsbət irəliləyişlərin davam etdiyini göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülmüş ölkənin sürətli və kompleks inkişaf proqramı müvəffəqiyyətlə həyata keçirilir və bu inkişaf dövlətimizin həyatının bütün sahələrində özünü büruzə verir. İlk növbədə, təbii ki, ölkədə iqtisadi artım bütün işgüzar dünyanın diqqət mərkəzindədir və dünyada bənzəri olmayan artım tempi 2007-ci ilin birinci rübündə də davam etmiş və bu artım 40 faizə qədər təşkil etmişdir. 2006-cı ildə olduğu kimi, qeyri-neft sektorunda da davamlı iqtisadi artım müşahidə olunur və bu, onu göstərir ki, dövlətimizin rəhbərinin irəli sürdüyü iqtisadiyyatın diversifikasiya proqramı ardıcıl olaraq həyata keçirilir. Yüksək iqtisadi artım, ilk növbədə, ölkədə məcmu əmək məhsuldarlığının, ictimai əmək məhsuldarlığının artmasına gətirib çıxarır. Bildiyiniz kimi, keçən il ölkədə adambaşına düşən milli məhsulun istehsalı 2400 ABŞ dollarına çatmışdır və bu son üç ildə ikiqat artım deməkdir. Növbəti addım isə 2010-cu ilə planlaşdırılır və əlbəttə buna biz əminik ki, mövcud iqtisadi artım templəri saxlandığı təqdirdə 2007-ci ilin sonunda ölkədə adambaşına düşən milli məhsul istehsalı 3 min ABŞ dollarını ötüb keçəcəkdir.
Əgər beynəlxalq statistikaya nəzər salsaq, son 200 ildə inkişaf etmiş dövlətlərdə ümumi orta illik iqtisadi artım tempi 3 faiz təşkil etmişdir və bu ölkələrdə əhalinin artım tempi də 1 faiz təşkil edir. Beləliklə, adambaşına düşən ümumi məhsul ildə 2 faiz artmışdır. Belə olan təqdirdə inkişaf etmiş dövlətlər adambaşına düşən ümummilli məhsullarını ikiqat artırmaq üçün təxminən 35-37 il vaxt sərf edirlər. Azərbaycanda isə bu vəsilə bildiyimiz kimi, 3-4 ildən ibarətdir. 3-4 il bundan öncə cənab Prezident ölkədə tam məşğulluq proqramını, 600 min yeni iş yeri açılması proqramını qarşıya qoydu və bu, respublikamızda yoxsulluq üzərində həlledici qələbə çalınmasının çox mühüm bir istiqamətidir, çox mühüm sosial problem kimi irəli sürülmüşdür. Ötən müddətdə yarım milyondan artıq yeni iş yeri yaradılmışdır və əhalisi 8 milyon nəfərdən bir qədər çox olan və iqtisadi fəal əhalisi 4 milyon nəfər olan bir ölkə üçün bu, olduqca böyük göstəricidir. Çox qısa bir müddətdə ölkədə məşğulluq səviyyəsi 10 faizdən yuxarı yüksəldilmişdir və bu da iqtisadiyyatın sağlamlaşdırılmasının ən mühüm amillərində biridir.
Ölkə sürətlə kapitallaşır. Biz bilirik ki, bundan 10 il öncə ölkənin neft sektorunun kapitallaşması bugünkü sürətli iqtisadi artımın əsas amillərindən biri olmuşdur. Neft kontraktları, ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasının nəticələri məhz bu günlərdə özünü büruzə verir.
Bu gün isə ölkədə iqtisadiyyatın başqa bir sektorunun inkişafını müşahidə edirik - qeyri-neft sektoru sürətlə kapitallaşır və başlıcası burada xarakterik olaraq, bunun daxili investisiyalar hesabına baş verməsi nəzərə çarpır. Rüb ərzində daxili investisiyalar 50 faizdən yuxarı artmışdır. Ən əsası da odur ki, ölkə iqtisadiyyatında bu fəallıq xüsusilə qeyri-neft sektorunda baş verir.
Diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan vaxtilə götürdüyü, cəlb etdiyi investisiyaların, bizdə olan məlumatlara görə, artıq 80 faizdən çoxunu ödəyibdir. Yaxın 1-2 il ərzində bu repatriya tam başa çatdıqdan sonra Azərbaycanın neft gəlirlərində payı təxminən 70 faiz olacaqdır. Bunun nəticəsində yaxın illərdə hesablamalara görə, Azərbaycan bu gün özünün ümumi daxili məhsuluna bərabər olan 15-17 milyard dollar məbləğində xarici balansının profisitinə malik olacaqdır.
Ölkənin valyuta ehtiyatları sürətlə artır. Hazırda 4 milyard 100 milyon ABŞ dollarını ötüb keçmişdir. Belə bir faktı qeyd etmək istəyirəm ki, bu illərdə Azərbaycan məcmu valyuta ehtiyatlarının idarə olunmasından təxminən 250 milyon dollara yaxın gəlir götürəcəkdir. Bizim idarə etdiyimiz bu ehtiyatlardan götürdüyümüz gəlirlər məncə, neft sektorundan sonra artıq iqtisadiyyatın ikinci mühüm bir sahəsinə çevrilə bilir.
Təbii ki, hökumətin və Milli Bankın əsas qayğılarından biri inflyasiyadır. Birinci rübdə inflyasiya bir qədər yüksəlmişdir və 16 faizi keçmişdir. İnflyasiyanın analizi göstərir ki, bu prosesdə təbii ki, həm tələb, həm də xərc amillərinin rolu vardır. Artıq qeyd olunduğu kimi, 2007-ci ildə əhalinin nominal gəlirləri 33 faiz, son istehlak xərcləri 29 faiz, orta aylıq əmək haqqı isə 25 faiz artmışdır. Təbii ki, əhalinin gəlirləri, həyat səviyyəsi yüksəlir və bu, istehlak bazarına çox ciddi tələblər yaradır. Digər tərəfdən isə, struktur islahatları şəraitində atılmış bir sıra addımlar, dövlət tərəfindən qiymətləri tənzimlənən məhsulların dəyərinin və tariflərinin yüksəldilməsi, öz növbəsində, müəyyən xərclərin artmasına gətirib çıxarıbdır. Xüsusilə də bu, qeyri-neft sənayesində baş veribdir, yəni, istehlak zənbilini təşkil edən əsas məhsullar üzrə xərclərin artması qiymətlərin artımına təsir göstərmişdir.
Qeyri-neft sektorunda müşahidə edilən digər maraqlı məsələ əmək haqqının əmək məhsuldarlığından daha yüksək templə artmasıdır. Təbii ki, bu da maya dəyərində müəyyən xərclərin yüksəlməsinə gətirib çıxarır və qiymətlərə təsir göstərə bilir. Biz hesab edirik ki, cənab Prezident, iqtisadiyyatda əhəmiyyətli dezinflyasiya potensialı var - 16 faiz. Bu dezinflyasiya potensialı işə salına bilsə, biz qalan dövrdə hökumətlə birlikdə inflyasiyanın əhəmiyyətli şəkildə aşağı salınmasına nail ola bilərik.
Bank sektorunda yüksək inkişaf sürəti davam edir. Hazırda banklar ölkədə makroiqtisadi siyasətin həyata keçirilməsində, o cümlədən də neft sektorunun inkişafında olduqca mühüm rol oynayırlar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün bank aktivləri 67 faiz, o cümlədən real sektorda kreditlər bir rüb ərzində 22 faiz və ya 2 dəfədən çox artıb və indi təxminən 3 milyard manata gəlib çatmışdır. Uzunmüddətli kreditlər rüb ərzində 32 faiz, son 3 ildə isə, cənab Prezident, 7 dəfədən çox artmışdır. Əhalinin əmanətləri ötən dövrlə müqayisədə 67 faiz artaraq, 910 milyon manat təşkil edib və indi 1 milyard ABŞ dollarından çoxdur. Hazırda beynəlxalq təşkilatlar Azərbaycan banklarına inam göstərir, böyük həcmdə kredit xətləri, sindikat olunmuş kreditlər ayırırlar. Ölkədə artıq dövriyyədə 1,5 milyondan çox plastik kart vardır, 2 min 200 bankomat və 1100-dən çox posterminal fəaliyyət göstərir.
Keçən il ipoteka bazarı ilə tanışlıq prosesi getdi. Bu tanışlıq ümumiləşdirildi, problemlər aydınlaşdırıldı və cənab Prezident, Sizə bir sıra təkliflər təqdim olundu və Sizin tərəfinizdən ipoteka şərtlərinin həm müddəti, həm faiz dərəcələri, həm məbləğləri əhəmiyyətli surətdə artdı və bundan sonra biz ipoteka sferasında böyük canlanma hiss edirik. Bütövlükdə rüb ərzində keçən illə müqayisədə sayca 2 dəfədən çox və məbləğcə 3 dəfədən artıq kreditlər verilibdir. İpoteka üzrə faizlər təxminən 6 faiz səviyyəsindədir. Bu, beynəlxalq standartlara uyğun səviyyədədir. Kredit alanların yaş səviyyəsi 29-dur. Demək olar ki, bu kreditlərin hamısı cavan ailələrə və gənclərə verilmişdir. İpoteka prosesinin daha da canlandırılması, burada bürokratiyanın azaldılması istiqamətində əlaqədar təşkilatlarla işlər görürük və fürsətdən istifadə edib bu prosesə cəlb olunmuş bütün həmkarlarımdan xahiş etmək istəyirəm ki, ipoteka prosesində bürokratiyanın azaldılması istiqamətində bizimlə birgə çalışsınlar və bu, olduqca mühüm sosial problemdir. Biz bu məsələdə onların dəstəyinə ümid bəsləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO