Milli dramaturgiyamızın banisinə həsr edilmiş “Sübhün səfiri” bədii filminin çəkilişləri başa çatmışdır
Bakı, 3 iyun (AZƏRTAC). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında görkəmli yazıçı-dramaturq, milli dramaturgiyamızın banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş “Sübhün səfiri” tammetrajlı bədii filminin çəkilişləri başa çatmışdır.
Kinostudiyadan AZƏRTAC-a bildirmişlər ki, filmin çəkilişləri Şəki, Tbilisi və İstanbul şəhərlərində aparılmışdır.
Filminin ssenari müəllifi Xalq Yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur.
Ekran əsərində əsas rolları xalq artistləri Rasim Balayev, Aleksandr Şarovski, Məbud Məhərrəmov və digər aktyorlar ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]