Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 3-dən Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, filmlərin nümayişi şənbə və bazar günləri muzeyin kinozalında keçiriləcək.
Fevralın 3-4-də rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” tammetrajlı bədii-sənədli filminin nümayişi olacaq. İki hissədən ibarət film beş tanınmış avanqard rəssam - Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevdən bəhs edir. 2011-ci ildə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş filmin ssenari müəllifi Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyev, koordinatoru Şirin Məlikovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]