Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “İntellekt” ümumtəhsil məktəbinin şagirdlərinin qatıldığı tədbirdə 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində iştirakçılar muzeyin kolleksiyasında nümayiş olunan əsərlərlə yanaşı, görkəmli rəssamlarımızın Qanlı Yanvar mövzusunda yaratdığı əsərlərdən ibarət kiçik sərgiyə də baxıblar.
Sonra iştirakçılar erməni təcavüzünə uğramış, bir vaxtlar Şuşada ucalan, indi isə Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.