Milli İncəsənət Muzeyində uşaqlar üçün ustad dərsi keçiriləcək
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyi yenidən həftə sonları uşaqlar üçün ustad dərsləri keçirəcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, dərslər “Bədii lövhələr” və “Milli motivlər” adlı iki fərqli proqram adı altında reallaşacaq. İlk dəfə “Bədii lövhələr”adlı ustad dərsində kiçik qonaqlar Tahir Salahovun muzeyin fondunda saxlanılan “Çiçəklənən nar” tablosu ilə yaxından tanış olacaq və əsərin “step by step” imitasiyasını yaratmaq fürsəti qazanacaqlar. Habelə onlar “Milli motivlər” adlanan ustad dərsində iştirak edərək maddi-mədəni irsimizə yaxından bələd olacaqlar.
Maarifləndirici və əyləncəli proqramlar uşaqların dünyagörüşü, zövqü və sənət duyumunu formalaşdırmaq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]