Milli Kitabxana - 96” adlı geniş kitab sərgisi təşkil olunub
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş “Milli Kitabxana - 96” adlı geniş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Milli Kitabxananın bu günə kimi nəşr etdiyi vəsaitlər nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Milli Kitabxananın rəsmi açılışı 1923-cü il mayın 23-də olub, 1939-cu ilin iyul ayında isə kitabxanaya görkəmli mütəfəkkir, dramaturq, maarifçi M.F.Axundzadənin adı verilib.
Azərbaycan Milli Kitabxanası bu illər ərzində böyük tərəqqi yolu keçib, müstəqillik qazandıqdan sonra isə ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Elmə və mədəniyyətə yüksək qiymət verən Ulu Öndər 4 dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından 300-dən çox kitabı kitabxanaya hədiyyə edib.
“Kitabxana işi haqqında” Qanuna müvafiq olaraq M.F.Axundzadə adına Dövlət Kitabxanasına Nazirlər Kabinetinin 2004-cü il 5 aprel tarixli qərarı ilə “Milli Kitabxana” statusu verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]