Milli Kitabxana “Xalq şairi Fikrət Qoca” adlı virtual sərgi təqdim edib
Bakı, 25 avqust, AZƏRTAC
Bu gün Xalq şairi Fikrət Qocanın anadan olmasının 85 illiyi tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən şairin həyat və fəaliyyətinə dair hazırlanan “Xalq şairi Fikrət Qoca” adlı virtual sərgi təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə şairin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, redaktoru, məsləhətçi, “Ön söz” müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim edilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fikret_Qoca/index.htm linkindən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]