MƏDƏNİYYƏT
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17039362713526243208_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17039362716359640937_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703936271625093254_1200x630.jpg)
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Milli Kitabxanada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, Milli Kitabxananın direktoru Kərim Tahirov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün Azərbaycan tarixindəki önəmindən, xalqımızın daima birlik nümayiş etdirməsindən, haqq səsimizin dünyaya çatdırılması işində həmrəyliyimizin əhəmiyyətindən danışıb.
O, həmçinin Azərbaycan mədəniyyətinin, tarixinin digər ölkələrdə təbliğ olunması məqsədilə xaricdə yaşayan həmvətənlərimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edərək, Milli Kitabxananın bu yolda həmvətənlərimizə göstərdiyi dəstəkdən bəhs edib.
Tədbir çərçivəsində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı ənənəvi kitab sərgisinin təqdimatı olub.