Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİS 2006-CI İLİN DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ QANUN QƏBUL ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 26-da Milli Məclisin növbəti iclası keçirilmişdir. Əvvəlcə, parlamentin sədri Oqtay Əsədov dövlətimizin başçısı İlham Əliyevi 28 May - Respublika günü münasibətilə deputatlar adından təbrik etmişdir. Sonra “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.

İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Cari ilin ötən 4 ayında iqtisadiyyatda baş vermiş inkişaf bəzi sahələrə diqqətin artırılması, eləcə də 2006-cı ilin dövlət büdcəsinə əlavələrin və dəyişikliklərin edilməsi zərurətini yaratmışdır.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək, cari ilin dövlət büdcəsinə edilən dəyişikliklər barədə ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, ötən dövrün nəticələrinin təhlili göstərir ki, ümumi daxili məhsulun illik orta artımının 30 faizdən 39,5 faizədək yüksələcəyi və büdcə daxilolmalarının təsdiq olunmuş proqnoza qarşı 12 faizədək artacağı real həqiqətdir. Bu isə ölkədə regional inkişafın sürətləndirilməsinə, sosialyönümlü proqramların maliyyə təminatının gücləndirilməsinə, dövlətin investisiya fəallığının yüksəldilməsinə, nəticə etibarilə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaqdır.

Ölkənin hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində görülən işlərin intensivləşdirilməsi, Fövqəladə Hallar, Müdafiə Sənayesi nazirliklərinin fəaliyyətə başlaması, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin funksional strukturlarına yenidən baxılması, dövlət tərəfindən bəzi növ məhsulların qiymətlərinin artırılması da dövlət büdcəsində dürüstləşmə aparılması zərurəti yaratmışdır.

Bunları nəzərə alaraq, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2006-cı ilin 1-ci rübünün yekunlarına dair geniş iclasında 2006-cı ilin dövlət və icmal büdcələrində dürüstləşmə aprılması barədə tapşırıq vermişdir. Hökumət həmin tapşırığa əsasən, 2006-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə yeni qanun layihəsi hazırlamışdır.

Layihədə 2006-cı il dövlət büdcəsi xərclərinin 430,5 milyon manat artırılaraq, 4 milyard 25 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2005-ci ilin icrasına nisbətən 88 faiz, cari ilin dövlət büdcəsinin təsdiq olunmuş xərcləri ilə müqayisədə 12 faiz çoxdur. Bu artım nəzərə alınmaqla, dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 23,3 faizə çataraq, 2005-ci ilin icrasına nisbətən 5,3 faiz artacaqdır.

Xərclərin artımı üçün nəzərdə tutulan vəsaitin 271,3 milyon manatı və ya 63 faizi dövlət investisiya xərclərinə, 159,2 milyon manatı və ya 37 faizi digər zəruri xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Vəsaitlərin bölgüsü zamanı ölkənin müdafiə qabiliyyətinin artırılmasına və təhlükəsizliyinin gücləndirilməsinə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, regionların sosial-iqtisadi inkişafına, investisiya fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi ön plana çəkilmişdir.

2006-cı ilin dövlət büdcəsinin gəlirləri 430,5 milyon manat artırılaraq, 3 milyard 837 milyon manata çatdırılacaqdır. Bu, cari ilin təsdiq olunmuş proqnozuna nisbətən 12,6 faiz, 2005-ci ilin icrası ilə müqayisədə isə 86,7 faiz çoxdur. Gəlirlərin ilin sonuna gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 22,2 faiz səviyyəsinə qalxmaqla, 2005-ci ilə nisbətən 4,9 faiz artacaqdır.

Artımlardan sonra, dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən təmin edilən gəlirlər 2 milyard 621 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilən gəlirlər 505,4 milyon manat təşkil edəcəkdir ki, bu da 2006-cı ilin təsdiqlənmiş göstəricilərinə nisbətən müvafiq olaraq 17,5 faiz və 5,9 faiz çoxdur.

Dürüstləşmələr zamanı dövlət büdcəsi kəsirinin səviyyəsi dəyişməyərək, 188 milyon manat həddində saxlanılacaq, onun ümumi daxili məhsulda xüsusi çəkisi 0,2 faiz azalaraq, 1,1 faizə enəcəkdir.

Dövlət büdcəsi ilə yanaşı, icmal büdcədə də müvafiq dəyişikliklər edilmişdir. 2006-cı ilin icmal büdcəsinin gəlirlərinin 591,2 milyon manat və ya 13,9 faiz artırılaraq, 4 milyard 846 milyon manata, xərclərinin 617 milyon manat və ya 13,5 faiz artırılaraq, 5 milyard 203 milyon manata çatdırılması proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 356,2 milyon manat və ya ümumi daxili məhsula nisbətən 2,1 faiz olacaqdır ki, bu da təsdiq edilmiş göstəricilərə nisbətən 0,1 faiz azdır.

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, icmal büdcənin kəsirinin yuxarı həddi 1 milyard 375 milyon manat olmaqla, gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 0,9 faiz azalaraq, 7 faiz təşkil edəcəkdir.

Sonra gündəlikdəki ikinci məsələ - “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur. Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, iqtisadiyyatın dinamik inkişafı dövlətin əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə diqqət və qayğını artırmağa imkan vermişdir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov layihə ilə bağlı daha ətraflı məlumat vermişdir. O demişdir ki, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası”nın Prezident İlham Əliyev tərəfindən reallaşdırılması nəticəsində ölkədə dövlət sosial sığorta sisteminin idarə olunmasının təkmilləşdirilməsi və sosial sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Sosial sığorta haqlarının yığılması, sığortaolunanların fərdi uçotunun işlənməsi, pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsi, maliyyələşdirilməsi və ödənişinə nəzarət vahid icra orqanında cəmləşdirilmişdir. Yeni sistemə keçidlə bağlı DSMF-də çox böyük həcmli iş yerinə yetirilmişdir.

Dövlət büdcəsindəki artımlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin də artımına səbəb olmuşdur. Müzakirəyə təqdim olunmuş layihədə DSMF-nin dürüstləşdirilmiş gəlirləri 589,481 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş gəlir proqnozuna nisbətən 21,24 milyon manat və ya 3,7 faiz çoxdur. Artımın əsas səbəbi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, eləcə də fərdi uçot sisteminin tətbiqi ilə bağlı qeydiyyata düşən sığortaolunanların sayının artmasıdır. Buna görə də DSMF-nin 2006-cı il üçün dürüstləşdirilmiş büdcəsi gəlirlərinin artımının tam məbləğdə məcburi dövlət sosial sığorta haqları hesabına formalaşdırılması proqnozlaşdırılır.

Məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmaların artımının 11,238 milyon manatı və ya 52,9 faizi büdcə sektorunun, 10 milyon manatı və ya 47,1 faizi qeyri–büdcə bölməsinin payına düşür. Büdcə gəlirlərinin artımı ilkin büdcədə əhatə oluna bilməyən bəzi problemlərin həllinə imkan vermişdir ki, bu da Fondun büdcəsinin xərclər hissəsinin dürüstləşdirilməsində əksini tapmışdır.

Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün dürüstləşdirilmiş büdcəsinin xərcləri 589,481 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş xərclər proqnozuna nisbətən 21,24 milyon manat və ya 3,7 faiz çoxdur. Xərclərin artımının 85,4 faizini və ya 18,135 milyon manatını əhaliyə ödənişlər təşkil edir ki, bunun da 96,5 faizi əmək pensiyaları, 3,5 faizi isə müavinətlər üzrə ödəniş xərcləridir.

Sonra layihələr ətrafında müzakirələr başlanmışdır. Deputatlar 2006-cı ilin dövlət büdcəsinə, eləcə də Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsinə edilən dəyişiklikləri müsbət qiymətləndirmiş bəzi xərc maddələri ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Maliyyə naziri Samir Şərifov deputatları maraqlandıran suallara aydınlıq gətirmiş, qaldırılan məsələlərin qruplaşdırılaraq araşdırılacağını və mövcud problemlərin gələcəkdə tədricən həll ediləcəyini bildirmişdir.

Hər iki layihə səs çoxluğu ilə təsdiq edilmişdir.

Daha sonra deputatlar “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanun layihəsini müzakirə etmişlər. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, bu qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarə və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Qanun layihəsində ədliyyə orqanlarında qulluqkeçmənin qaydaları, hüquqi əsasları, qanunun tətbiqi sahəsi, bu orqanda qulluğa qəbulun şərtləri və digər müddəalar əksini tapmışdır. Layihə 8 fəsildən və 43 maddədən ibarətdir. Müzakirələr zamanı deputatlar ədliyyə sistemində bu cür qanunların qəbulunu vacib şərtlərdən biri saymış və sənədi birinci oxunuşda qəbul etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO