SİYASƏT
Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul ediləcək

Bakı, 6 oktyabr, AZƏRTAC
Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasda Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul ediləcək.
Bu məsələ parlamentin plenar iclasının gündəliyinə salınıb.
Xatırladaq ki, oktyabrın 5-də Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.