Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib. Bununla bağlı Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin mayın 7-də keçirilən 1-ci Sammiti çərçivəsində mərasim təşkil olunub.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sammitdə çıxış edən spiker Sahibə Qafarova Milli Məclisə təşkilatda müşahidəçi statusunun verilməsi ilə bağlı qərara görə təşəkkür edib və onu yüksək qiymətləndirib. O deyib ki, Assambleyada iştirak üzv parlamentlərlə əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün yeni geniş imkanlar yaradır.