Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib

Bakı, 30 mart, AZƏRTAC 

Martın 30-da Milli Məclisin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda son 100 ildə və ondan əvvəlki dövrdə erməni şovinistlərinin vəhşi əməllərinin qurbanı olmuş günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin bu il yanvarın 18-də imzaladığı Sərəncama uyğun olaraq, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində tədbirlərlə qeyd edilir. Milli Məclisin bugünkü iclası da tariximizin bu faciəli səhifəsinə həsr olunub.

Sədr diqqətə çatdırdı ki, erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. Bu siyasətin birinci mərhələsi 1828-ci ildə Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilməsi ilə başlanmışdır. Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət olmuşdur. Çar Rusiyası işğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı və bu məqsədlə İrandan və Osmanlı imperiyasından erməniləri planlı şəkildə Cənubi Qafqaza köçürürdü. XX əsrin əvvəllərinədək Azərbaycan ərazisinə bir milyondan çox erməni köçürülmüşdür.

Oqtay Əsədov onu da əlavə etdi ki, ümumiyyətlə, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını həyata keçirmək üçün erməni amilindən çox məharətlə istifadə etmişlər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazın yerli əhalisinə böyük fəlakətlər gətirmişdir. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törətmişlər, iki milyona qədər günahsız insan onların vəhşi əməllərinin qurbanı olmuşdur.

1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən dəhşətlilərindən biri olmuşdur. Mart ayının sonlarında Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilmişdir.

Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1920-ci ildən sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur mahalı, Göyçə mahalı, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda, yəni, keçmiş Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı qalmamışdır.

Azərbaycan xalqının fiziki məhvinə, onun tarixi ərazilərinin zəbt olunmasına, bu ərazilər hesabına Ermənistan dövlətinin yaradılmasına yönələn siyasət ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə dövlət səviyyəsində əks olunmuşdur. Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərin siyasi-hüquqi qiyməti verilmişdir. Ulu Öndərin bu Fərmanı və sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir. Hər dəfə biz keçmişə nəzər salanda başımıza gələn fəlakətlərin səbəblərini araşdırırıq. Bu gün hər kəs bu həqiqəti anlayır ki, tarixboyu soyqırımı aktlarına məruz qalmağımızın əsas səbəblərindən biri düşmən qarşısına mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olmuşdur. Bu gün Azərbaycan dövləti milli həmrəyliyin möhkəmləndirilməsi məqsədilə böyük işlər aparır. Azərbaycan dövləti gündən-günə daha da inkişaf edir və güclənir. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminik ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək, xalqımıza qarşı düşmənçilik edənlər layiqli cəzalarına çatacaqlar.

Milli Məclisin sədri bir məqam üzərində də dayanaraq bildirdi ki, dövlətimizin başçısı İrəvanın, Zəngəzurun və digər ərazilərin Azərbaycanın əzəli torpaqları olduğunu dəfələrlə deyib. İndiki Ermənistan Respublikası Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Bu, tarixi faktdır. Tarix isə, böyük filosoflardan birinin dediyi kimi, keçmişin şahidi və həqiqətin nurudur.

Sədr çıxışının sonunda tarixin hər kəsə layiq olduğu qiyməti verəcəyinə və gec-tez haqq-ədalətin öz yerini tutacağına əminliyini bildirdi.

Sonra Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov azərbaycanlıların soyqırımının 100 illiyinə dair məruzə ilə çıxış etdi. O, soyqırımının tarixi, ağır nəticələri haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb.

Yaqub Mahmudov azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması istiqamətində AMEA-nın Tarix İnstitutunda görülən işlər, çap olunmuş kitablar barədə də ətraflı məlumat verdi. Bildirdi ki, soyqırımı cinayətləri barədə həqiqətlərin araşdırılmasında mərhum tarixçi-alim Sabir Əsədovun əsərlərinin də böyük rolu olub.

Mövzu ilə bağlı çıxış edən deputatlar Rafael Cəbrayılov, Fəzail Ağamalı, Sahib Alıyev, Rafael Hüseynov, Fazil Mustafa, Əli Hüseynli, Musa Qasımlı, Musa Quliyev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Cavanşir Feyziyev, Fəzail İbrahimli, Rövşən Rzayev, Fuad Muradov, Tahir Kərimli və İsa Həbibbəyli ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən danışdılar. Qeyd olundu ki, bu cinayətlər bəşər tarixində ən dəhşətli soyqırımlarından biridir. Çıxışlar zamanı deputatlar ölkəmizdə soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün rəy və təkliflərini bildirdilər.

Sonra parlament sədrinin müavini Bahar Muradova Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Bəyanatının mətnini oxudu.

Bəyanat səsə qoyularaq qəbul edildi.

Bununla da Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi iclası başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO