MİLLİ MƏCLİSİN DEPUTATI MDB PA KOMİTƏLƏRİNİN İCLASLARINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü Elton Məmmədov MDB Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün martın 25-də Sankt-peterburqa yola düşmüşdür.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, deputat Elton Məmmədov assambleyanın hüquq və iqtisadiyyat komitələrinin iclaslarında iştirak edəcəkdir. İclaslarda üzv dövlətlərdə hüquq və iqtisadiyyatın inkişafını tənzimləyən model qanunların hazırlanması məsələləri müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]