Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
Bakı, 6 yanvar, AZƏRTAC
Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə komitəsinin, Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.
Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 15-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]