Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisində COVID-19 (koronavirus) infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb.
Bu barədə AZƏRTAC-a Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [19:47]
Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO
- 08.10.2026 [18:51]