Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyası başa çatıb YENİLƏNİB

Bakı, 30 dekabr, AZƏRTAC

Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda, əvvəlcə cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələr zamanı çıxış edənlər ölkə rəhbərliyini və xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik ediblər, bir sıra aktual məsələlərə toxunublar.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il dövlətimizin və xalqımızın tarixində əhəmiyyətli hadisələrlə zəngin və uğurlu bir il olub. Bu il çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilərək, Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edilib. Cari ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad bu ilin önəmli hadisələrindən biri oldu.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atıldığı diqqətə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün zəruri tədbirlər görüldüyü bildirilib. Qeyd olunub ki, siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib, dövlətimizin beynəlxalq mövqeləri güclənib. Beləliklə, “Heydər Əliyev İli”ndə Ulu Öndərin bütün hədəfləri reallaşıb.

Deputatlar öz çıxışlarında bunların mümkün olmasının ölkədə həyata keçirilən milli maraqlara əsaslanan, müasir qlobal çağırışlara cavab verən uğurlu strateji kursun məntiqi nəticəsi olduğunu vurğulayıblar. Qarşıdan gələn 2024-cü il fevralın 7-də baş tutacaq növbədənkənar Prezident seçkilərini dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. O, birinci məsələnin “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi olduğunu deyib. Sahibə Qafarova beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini diqqətə çatdırıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. O, son 30 ildə Ermənistan tərəfindən xalqımıza qarşı sistemli şəkildə aparılan terror siyasətindən, o cümlədən müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə, mənəvi terror, Vətən müharibəsi zamanı mülki əhalimizə qarşı törədilən cinayətlər, ekosid, mina terroru barədə danışıb.

Komitə sədri diqqətə çatdırıb ki, “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un əsas məqsədi 2, 3, 4, 5 və 6-cı maddələrdə təsbit olunan əməllərə görə cinayət məsuliyyətini müəyyənləşdirməkdən və bununla da terrorçuluğun, onun mənfi təsirlərinin qarşısının alınmasına yönəlmiş səyləri artırmaqdan ibarətdir.

Qeyd edilib ki, sənəddə terrorçuluq məqsədilə birlik və qrupda iştirak etmənin, terrorla bağlı təlimlərin keçirilməsinin, terrorçuluq məqsədilə ölkə xaricinə səfər etmənin, belə səfərlərin maliyyələşdirilməsinin, bu səfərlərin təşkilinin izahı verilir. Tərəflərin bu məsələlərlə bağlı zəruri tədbirlər görmək öhdəliyi müəyyən edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin vacibliyini qeyd edib və rəhbərlik etdiyi komitənin məsələyə müsbət rəyini diqqətə çatdırıb.

Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri növbəti məsələnin “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib və bu sənədin də bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, layihə tələb olunan gücü 150-200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Sənədə əsasən, tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda onların elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.

Deputatlar Vüqar Bayramov və Sabir Rüstəmxanlı layihə barədə fikirlərini və bəzi qeydlərini diqqətə çatdırıblar.

Sahibə Qafarova və komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Layihədə dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, habelə hərbi xidmət əleyhinə olan inzibati xətalar sırasına müvafiq olaraq cinayət və inzibati məsuliyyəti nəzərdə tutan yeni cinayət əməllərinin və inzibati xətanın daxil edilməsi, habelə bu hüquqazidd hərəkətlərin törədilməsinin qarşısının alınması məqsədilə iki sahəvi normativ-hüquqi akta müvafiq məzmunda dəyişikliyin edilməsi nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bu komitələrin məsələ ilə bağlı müsbət rəy verdiyini söyləyiblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, qanun layihəsinin əvvəlki oxunuşlar zamanı geniş müzakirə olunduğunu, sənədlə bağlı heç bir təklif və iradın olmadığını bildirib.

Layihə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova digər iki məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sahibə Qafarova qeyd edib ki, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O qeyd edib ki, Qanunun preambula hissəsinə və 11 maddəsinə təklif olunan əlavə və dəyişikliklər ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsi və vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət edir.

Komitə sədri diqqətə çatdırıb ki, sənəddə məişət zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxsin, eyni zamanda, bu kimi halların qarşısının alınmasına cavabdeh olan vəzifəli şəxsin məsuliyyətinin artırılması, zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyaların nisbətən sərtləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi və digər məsələlər öz əksini tapıb.

Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Burada “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunun yeni layihəsindən irəli gələn yeni əlavə və dəyişikliklər öz əksini tapıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov sənəd barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan məsələlərlə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb. O, habelə Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu deyib. Komitə sədri, həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulmasına dair sanksiyaların daha da sərtləşdirilməsi, qısamüddətli mühafizə orderinini verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məsələlərlə bağlı rəhbərlik etdiyini komitənin müsbət rəyini bildirib.

Məsələlər ətrafında müzakirələrdə komitə sədri Fazil Mustafa, deputat Nigar Arpadarai fikirlərini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır.

İclasda deputat Nurlan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini oxuyub.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciəti səsə qoyularaq qəbul edilib.

Milli Məclisin payız sessiyasının son iclasına yekun vuran Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır. Bu gün biz həm sessiyaya, həm də 2023-cü ilə yekun vururuq.

Payız sessiyası və il ərzində görülmüş işlər haqqında məlumat verən Sahibə Qafarova diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.

Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilib. Payız sessiyasında parlamentin 16 iclası olub, 100 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2023-cü ildə Milli Məclisin 39 plenar iclası keçirilib, 268 qanun və 27 qərar qəbul edilib.

Sahibə Qafarova xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisin mayın 16-da və iyunun 14-də keçirilən xüsusi iclaslarını başa çatan ilin ən önəmli hadisələri sırasında qeyd edib. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin ölkəmizdə və beynəlxalq aləmdə nə qədər yüksək qiymətləndirildiyi bir daha nümayiş olunub. Parlament sədri bildirib ki, bu iclaslar Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə keçirilən “Heydər Əliyev İli” çərçivəsində parlament səviyyəsində təşkil edilən ən irimiqyaslı tədbirlər olub.

Ulu Öndərin xatirəsinə həsr edilən digər tədbirlərdən danışan parlamentin sədri oktyabrın 13-də Milli Məclisdə “Heydər Əliyev - 100: Müasir Azərbaycan - sosial rifah və ədalət dövləti” mövzusunda elmi-praktik konfransın keçirildiyini, noyabrın 19-da Milli Məclis deputatlarının və parlament Aparatı əməkdaşlarının Böyük Qafqaz sıra dağlarının “Heydər Əliyev zirvəsinə” yürüşünün təşkil edildiyini diqqətə çatdırıb.

İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsini ötən dövrün ən əlamətdar hadisələrindən biri kimi qeyd edən Sahibə Qafarova iclasda Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli dünya dövlətinə çevirməyə yönələn fəaliyyətindən minnətdarlıq duyğuları ilə danışıldığını bildirib.

Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini Milli Məclisin fəaliyyətinin uğurlarına şərait yaradan amillər sırasında qeyd edən parlament sədri bununla əlaqədar Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa da diqqəti cəlb edən Sahibə Qafarova söyləyib ki, yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.

Parlamentin rəhbəri bildirib ki, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədilə ictimai dinləmələrin keçirilməsi praktikası ötən dövrdə də davam etdirilib.

İl ərzində Milli Məclisdə 15 dinləmə keçirildiyini diqqətə çatdıran Sahibə Qafarova iki dinləmənin Ulu Öndər Heydər Əliyevin dövlətimizin gənclər siyasətinin formalaşmasına, eləcə də demokratiyanın, özünüidarənin və regionların inkişafına verdiyi töhfələrə, iki dinləmənin qanun layihələrinə, beş dinləmənin Qərbi azərbaycanlıların tarixi və mədəni irsi, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri ilə bağlı məsələlərə, altı dinləmənin isə Azərbaycan cəmiyyətini düşündürən digər məsələlərə həsr edildiyini diqqətə çatdırıb.

Sahibə Qafarova deyib ki, qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis, eləcə də parlamentin komitələri, xüsusən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəzi beynəlxalq qurum və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatlar qəbul ediblər.

Qeyd olunub ki, bu qəbildən olan müxtəlif məsələlərlə bağlı Milli Məclis sədrinin adından xarici dövlətlərin parlament sədrlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə - yüzlərlə ünvana müraciətlər göndərilib.

Parlamentin sədri bildirib ki, Milli Məclis nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirib. Parlamentdə Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.

Parlamentin sədri deyib ki, bu bir il ərzində Milli Məclis deputatlarının seçki dairələrində işinə xüsusi diqqət yetirilib. Deputatlar öz seçiciləri ilə müntəzəm görüşlər keçiriblər, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırıblar. Bildirib ki, Milli Məclisdə il ərzində 4 min nəfərə qədər vətəndaş qəbul edilib, 20 mindən çox vətəndaş müraciətinə baxılıb.

Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində gördüyü işlərdən danışan Sahibə Qafarova parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərindən biri də 6 ölkənin parlamenti və parlament qurumu ilə əməkdaşlıq haqqında sənədlərin imzalanmasıdır. Belə ki, Türkiyə Böyük Millət Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması ilə iş birliyi haqqında sazişlər bağlanmış, Misir Senatı, Serbiya Milli Assambleyası, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi, Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası ilə Milli Məclis və ya onun müvafiq komitələri arasında anlaşma memorandumları və əməkdaşlıq protokolları da imzalanıb.

Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, sədri olduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, Ərəb Parlamenti, Türkdilli Dövlətlərin Parlament Assambleyası, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb. Bundan başqa beynəlxalq təşkilatların xətti ilə 2 böyük tədbirə - Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına, eləcə də Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə təşkil olunan “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransa ev sahibliyi edilib.

Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bəhreynin Manama şəhərində keçirilən ikinci konfransını Milli Məclisin təşkilatçılığı ilə keçirilən tədbirlər sırasında vurğulayıb. Bundan əlavə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Bakı Təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya Dialoqları: miras, çağırışlar və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclisin payız sessiyasını və 2023-cü ili uğurla başa çatdırdığını deyən Sahibə Qafarova bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.

Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan bayramlarımız gəlir. Sabah xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcək.

Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni böyük uğurlar arzulayaq.

Parlament sədrinin təklifi alqışlarla qarşılanıb.

Çıxışının sonunda parlamentin sədri Milli Məclisin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2023-cü il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb