Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib

Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Emin Hacıyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Musa Qasımlı, Azər Badamov, Naqif Həmzəyev, Vüqar Bayramov, Azay Quliyev çıxış ediblər.

Azərbaycanın öz tarixinin ən şərəfli dövrünü yaşadığını vurğulayan deputatlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edildiyini bildiriblər. Çıxışlarda Azərbaycanın qələbəsini qəbul etməyən bəzi siyasi dairələrin olduğu, AŞPA-da, Avropa Parlamentində, habelə Niderland, İspaniya, Avstriya kimi ölkələrin parlamentlərində qərəzli qətnamə və tövsiyə sənədlərinin qəbul edildiyi təəssüf hissi ilə qeyd olunub. Bu dairələrin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətə uyğun olmayan, ədalətsiz mövqe nümayiş etdirdiyi, ölkəmiz tərəfindən lokal xarakterli antiterror tədbirləri, erməni əsilli mülki sakinlərin reinteqrasiyası ilə bağlı atılan addımların təhrif edilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Deputatlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolundan, ölkəmizin həyata keçirdiyi beynəlxalq infrastruktur layihələrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bəzi dairələrin ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli, ədalətsiz mövqeyə baxmayaraq, Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini uğurla davam etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması bunun bariz göstəricisidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür, Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir.

Deputatlar çıxışlarında bir sıra digər aktual məsələlərə də toxunub, seçiciləri narahat edən bəzi məqamları diqqətə çatdırıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini, ilk 9 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənədin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu diqqətə çatdırıb, məcəllənin 12 fəsil, 84 maddədən ibarət olduğunu deyib.

Sənədin qəbulunun inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması, bazarda haqlı rəqabətin təmin olunması baxımından əhəmiyyətli olduğu, layihədə bir sıra yeniliklərin əsasının qoyulduğu diqqətə çatdırılıb. Belə ki, yeni çağırışlara uyğunlaşmaq məqsədilə sənədə nou-hau, mühüm əhəmiyyətli resurs, müvafiq bazar, rəqabət aparmamaq öhdəliyi, eksklüziv və selektiv təchizat sistemləri, uyğunlaşdırılmış hərəkətlər, şaquli və üfüqi sazişlər, bazar payının 50 faizini keçən hökmran mövqe, yüksək və aşağı inhisar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar daxil edilib. Qanun layihəsində rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə görə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər əksini tapıb.

Komitə sədri ötən müzakirələrdən sonra məsələ ilə bağlı komitəyə bir çox təklif, rəy və şərhlərin daxil olduğunu, həmin təkliflərin geniş müzakirəsindən sonra bəzilərinin məqbul hesab edildiyini və onların qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırma ərəfəsində olduğunu söyləyib.

Qeyd edilib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə üç qanunun - “Haqsız rəqabət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunların ləğv edilməsi nəzərdə tutulub. Rəqabət Məcəlləsinin qəbulu ölkə iqtisadiyyatının inkişafına, haqlı rəqabətin təmin edilməsinə, sahibkarların mənafelərinin qorunmasına, dövlət-sahibkar etimad mühitinin güclənməsinə xidmət göstərəcək.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Bəhruz Məhərrəmov bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışlarda səslənən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin birinci oxunuşda müzakirəsi zamanı layihəyə müsbət münasibətin bildirildiyini söyləyib və sənədin səsə qoyulmasını xahiş edib.

Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsini "Dövlət qulluğu haqqında" Qanunda təsnifləşdirməklə həmin vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələri üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədilə hazırlanıb.

Komitə sədri Siyavuş Novruzov fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Birinci vitse-spiker Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) də təqdim edib.

Bildirib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrinin uyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədilə hazırlanıb. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir.

Məsələ ilə bağlı deputat Vüqar Bayramov bəzi qeydlərini açıqlayıb.

Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və məzmunca bir-birinə yaxın olduğunu diqqətə çatdırıb.

Parlament sədri bu məsələlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinin olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə həmin məsələləri təqdim edib. O, qanun layihələri barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, ötən dövr ərzində komitəyə hər hansı rəy və təklifin daxil olmadığını söyləyib, sənədlərin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Müzakirələrdə deputat Fazil Mustafa təqdim edilən məsələlər barədə fikirlərini açıqlayıb.

Əminə Ağazadə qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, sənədin dəqiqləşdirmə xarakteri daşıdığını, müzakirələr zamanı sual doğuran heç bir məsələnin olmadığını, konkret maddələrlə bağlı hər hansı təklifin irəli sürülmədiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin son 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənədin Prezident tərəfindən Milli Məclisə daxil olduğunu söyləyib.

Komitə sədri dövlət ehtiyatlarının formalaşması və onların idarə edilməsinin vacibliyini qeyd edərək, Azərbaycan Prezidentinin 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradıldığını bildirib. O, Agentliyin dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən orqan olduğunu deyib. Strateji əhəmiyyət kəsb edən bu sahənin tənzimlənməsində hüquqi bazanın kifayət qədər inkişaf etdirilmədiyini və bunu nəzərə alaraq yeni qanunun hazırlandığını söyləyib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi 4 fəsil, 14 maddədən ibarətdir. Layihə dövlət ehtiyatlarının təyinatını, hüquqi statusunu, sistemini, dövlət ehtiyatında olan malların tədarükünü, yerləşdirilməsini, saxlanılmasını və buraxılmasını, habelə nəzarət və hesabatlılıq mexanizmlərini özündə ehtiva edir. Sənəddə dövlət ehtiyatları strateji, fövqəladə və səfərbərlik ehtiyatları şəklində müəyyən edilib, onların hər birinin formalaşdırılması və idarə edilməsi mexanizmləri təsbit edilib. İlk dəfə olaraq, dövlət ehtiyatlarının formalaşdırılmasında və idarə edilməsində dövlət-özəl sektor əməkdaşlığı əksini tapıb.

Qanun layihəsində strateji əhəmiyyətli mallar və dövlət ehtiyatlarının nomenklaturası, dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri, dövlət qurumlarının dövlət ehtiyatları ilə bağlı fəaliyyəti barədə müddəalar yer alıb. Layihədə, habelə dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi, dövlət ehtiyatları üçün malların tədarükü, dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması, dövlət ehtiyatlarına aid olan malların buraxılması və onların uçotu, bu sahədə hesabatlılıq və nəzarət məsələləri müəyyən edilir.

Qeyd olunub ki, layihənin hazırlanmasında əsas məqsəd ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin qurulması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, daxili bazarın qısa müddətli mənfi təsirlərə davamlılığının artırılması, habelə dövlət ehtiyatlarının yaradılması, saxlanılması və idarə edilməsi sahəsində hüquqi, iqtisadi əsasları müəyyən etməkdir.

Parlamentin komissiya sədri Eldar Quliyev, deputatlar Etibar Əliyev, Vüqar İskəndərov, Aydın Hüseynov, Fəzail Ağamalı layihə barədə fikirlərini, qeyd və təkliflərini söyləyiblər.

Komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, qeyd olunan qanunlara təklif edilən dəyişikliklər "Dövlət ehtiyatları haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Sənəddə "Dövlət ehtiyatları haqqında" Qanunla tənzimlənən məsələlər layihədə adı çəkilən qanunlardan çıxarılır, habelə bir sıra terminlərin dəqiqləşdirilməsi həyata keçirilir.

Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu deyib.

Komitə sədri Milli Məclisin sədrinin təşəbbüsü ilə deputatların bir qrupunun sentyabrın 14-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) səfər etdiyini, aviasiya sənayesinin inkişafının vacibliyi, bu sahədə AZAL-ın gələcək planları, sərnişinlərin təhlükəsiz və rahat uçuş şəraiti, bilet qiymətlərinin formalaşması və digər mövzular ətrafında geniş müzakirələrin aparıldığını bildirib.

O, hazırda 2005-ci ildə qəbul edilən “Aviasiya haqqında” qanunun qüvvədə olduğunu qeyd edib. Keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni qanunun qəbul edilməsinə ehtiyac olduğunu söyləyib.

Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Qanun Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair münasibətləri, Azərbaycan Respublikasına məxsus hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından kənarda istismar edilməsi zamanı yaranan münasibətləri, həmçinin xarici dövlətə məxsus hava gəmilərinin Azərbaycanın hava məkanında uçuş əməliyyatlarının həyata keçirməsi zamanı yaranan münasibətləri tənzimləyir və bu sahələrdə fəaliyyət göstərən dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarına şamil olunur.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasında aviasiya - mülki, dövlət və eksperimental aviasiyaya bölünür. Mülki və eksperimental aviasiyaya aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət aviasiyasına aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr, habelə hava hərəkətinin təşkili sisteminin obyektləri dövlət mülkiyyətidir. Aviasiya sahəsində dövlət tənzimləməsinin məqsədi aviasiyada təhlükəsizliyin, bu sahədə görülən işlərin və göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir.

Layihədə uçuşların təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramlarını qəbul etmək, hava hərəkətinə xidmət göstərilməsini, aviasiyada telekommunikasiya və informasiya xidmətini təmin etmək, hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətini, hava hərəkətinə xidmət sistemini tənzimləmək və bu fəaliyyətə nəzarəti həyata keçirmək, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlıqlarını və vasitələrini sertifikatlaşdırmaq, aviasiya hadisələrini və insidentlərini araşdırmaq, onların qarşısını almaq, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərini görmək, aviasiya hadisələri və insidentlərinin məlumat bazasını formalaşdırmaq və bir sıra digər məsələlərin həlli aviasiya sahəsində dövlətin vəzifələri kimi təsbit olunur.

Sənəddə aviasiya sahəsində fəaliyyətə dair ümumi və xüsusi tələblər, mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu, aerodromyanı ərazi və onun istifadəsinə dair məhdudiyyətlər, hava limanlarının, aerodromların və helikopter meydançalarının inşası və yenidən qurulması ilə bağlı müddəalar əksini tapıb.

Komitə sədrləri Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Tahir Kərimli, Məlahət İbrahimqızı sənəd barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür