MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROV POLŞAYA SƏFƏR EDƏCƏKDİR
Milli Məclisin sədri Murtuz Ələsgərov Osvensimdəki Auşvits - Birkenau ölüm düşərgəsinin azad edilməsinin 60 illiyinə həsr olunmuş beynəlxalq anma mərasimində iştirak etmək üçün yanvarın 26-da Varşavaya yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın bir sıra dövlət və hökumət başçılarının, parlament sədrlərinin iştirak edəcəyi bu tədbirdə 60 milyon insan itkisi ilə nəticələnmiş İkinci Dünya mühəribəsinin bəşəriyyət üçün törətdiyi faciələrdən danışılacaq, bu ölüm düşərgəsinin canlı şahidlərinin çıxışları dinləniləcəkdir.
Tədbirdə Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İsrail Prezidenti Moşe Katsav və başqaları çıxış edəcək, dünya xalqlarının faşist işğalçılarına qarşı dönməz mübarizəsindən, o dövrün terror rejimi, soyqırımı siyasəti və kütləvi qırğınlardan danışacaqlar.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərovun Osvensim qurbanları və soyqırımı siyasəti haqqında çıxışı nəzərdə tutulmuşdur. Toplantının sonunda diplomatik protokol imzalanacaqdır.
Tədbirdə Azərbaycandakı yəhudi icmasının rəhbəri Gennadi Zelmanoviç də iştirak edəcəkdir.
Rəsmi səfər yanvarın 27-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]