MİLLİ MƏCLİSİN TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov bildirmişdir ki, “Dövlət sirri haqqında” Qanuna təklif olunan dəyişiklikdə dövlət sirri təşkil edən bəzi məlumatların birgə istifadəsi və mühafizəsi haqqında beynəlxalq müqavilələrə uyğun olaraq, onların xarici dövlətlərlə yanaşı, beynəlxalq təşkilatlara da verilməsinin mümkünlüyü nəzərə alınmışdır. Dövlət sirri ilə işləməyə buraxılan vəzifəli şəxslərin və vətəndaşların əməkhaqqına əlavələrlə bağlı maddələr isə qanun layihəsindən çıxarılacaqdır. Komissiya üzvləri qanuna dəyişiklikləri təsdiq etmişlər.
İslasda Azərbaycan və Tacikistan hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsinə də razılıq verilmişdir. Hər iki layihənin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]