Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyası başa çatıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova gündəliyə 7 məsələnin daxil edildiyini söyləyib. O, birinci məsələnin Milli Məclisin qərar layihəsi olduğunu bildirərək deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Sahibə Qafarova bildirib ki, ölkə rəhbəri Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin olunması üçün namizədlər təqdim edib və Milli Məclis bu barədə qərar qəbul etməlidir.

Məsələ barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri təqdim olunan namizədlər Rəşad Temraz oğlu Orucovun və Əliyar Qəhrəman oğlu Məmmədyarovun fəaliyyəti, iş təcrübəsi haqqında məlumat verib və məsələyə dair komitədə müsbət rəy verildiyini söyləyib.

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisinin qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

Sonra iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanunla müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim olunub. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyənləşdirilmiş qaydada tərtib olunub. Qeyd edilib ki, 2021-ci ilin Dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, COVID-19 pandemiyasının və Vətən müharibəsindən sonra quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə təsirləri nəzərə alınmaqla icra olunub.

Diqqətə çatdırılıb ki, 2021-ci il bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu bir il olub. Belə ki, ölkə ərazisində koronavirus pandemiyasına qarşı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılması və aradan qaldırılması, eləcə də neftin dünya bazarlarında qiymətinin artması fonunda yaranan əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunaraq 2019-cu ildəki ümumi daxili məhsulun səviyyəsini keçməsini şərtləndirib. Ötən il iqtisadiyyatın bütün sahələrində bərpa prosesləri sürətlə gedib, neft sektoru üzrə əlavə dəyər 1,8 faiz, qeyri-neft sektorunda isə 7,2 faiz artıb. ÜDM-in həcmi 75,8 milyard manat proqnozlaşdırılsa da, faktiki həcmi 92,9 milyard manat təşkil edib. Xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 685,8 milyon dollar azalaraq ilin sonunda 8,135 milyon dollar olmaqla ÜDM-in 14,9 faizini təşkil edib. Hesabat ilində sürətli bərpa və artım dinamikası formalaşsa da, dünya iqtisadiyyatında cərəyan edən inflyasiya problemi Azərbaycana öz təsirini göstərib. Lakin ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər daha yüksək inflyasiya göstəricilərindən yayınmağa imkan verib. Ümumilikdə 2021-ci il ərzində həm daxili, həm beynəlxalq vəziyyət ölkəmiz üçün əlverişli olub.

Komitə sədri öz məlumatında 2021-ci ilin dövlət büdcəsinin icrasının əsas parametrlərindən danışıb. Bildirilib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri 25 427 milyon manat proqnoza qarşı 26 396,3 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 10,4 faiz çox olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 49,3 faiz vergi orqanları, 33,8 faiz gömrük orqanları, 16,9 faiz isə digər mənbələr vasitəsilə formalaşıb. Bu müddətdə dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 13 536,2 milyon manat təşkil edib və bu da proqnozdan 240 milyon manat az olub. Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmalar 8 529,200 min manat, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 343,0 milyon manat təşkil edib. Özəlləşdirilmədən daxilolmalar 112,7 milyon manat olmaqla, əvvəlki ilə nisbətən 83,4 faiz artıb. Dövlət maliyyə nəzarəti və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60,8 milyon manat dövlət büdcəsinə bərpa olunub.

Qeyd edilib ki, 2021-ci il dövlət büdcəsinin xərcləri 27 422,4 milyon manat, yəni 96,1 faiz icra olunub. Xərclərin 60,5 faizini cari xərclər, 31,5 faizini əsaslı xərclər, 8 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib. Sosialyönümlü xərclər ümumi xərclərin 37,5 faizini və ya 10 296,7 milyon manat təşkil edib. Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün dövlət büdcəsində 261 milyon manat vəsait nəzərdə tutulsa da, zərurətdən irəli gələrək faktiki olaraq ümumi 806,8 milyon manat vəsait xərclənib. Dövlət büdcəsindən təhsil üçün ayrılmış xərclərin 96,7 faizinin, müdafiə və təhlükəsizlik üçün ayrılmış xərclərin 99,2 faizinin, meliorasiya tədbirləri üçün ayrılmış xərclərin 98,7 faizinin, ərzaq təhlükəsizliyi üçün ayrılmış xərclərin 97,3 faizinin, elm üçün ayrılmış xərclərin isə 84,6 faizinin icrası təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri üçün büdcədə nəzərdə tutulmuş 2 200,0 milyon manat vəsaitin 2 178,4 milyon manatının və ya 99,0 faizinin icrası təmin olunub.

İclasda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyini təqdim edib. Bildirib ki, Palatanın rəyi 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və illik hesabatın hüquqi aktların meyarlarına uyğunluğunu, büdcə parametrlərinin əsaslığı və tamlığı ilə bağlı qiymətləndirmələri özündə əks etdirir. Qanun layihəsi və illik hesabat hüquqi aktlarla müəyyən edilmiş müddətdə təqdim olunub, tələb olunan məlumat və göstəriciləri özündə ehtiva edir. Hesabata daxil edilən məlumatların keyfiyyətinin və həcminin yüksəlməsi istiqamətində də müəyyən addımlar atılıb.

Bildirilib ki, büdcə qaydasının təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumatların təqdim edilməsi, son illər ərzində ilk dəfə olaraq illik hesabatda Hesablama Palatasının rəylərində verilmiş təkliflər barədə alt-bölmənin verilməsi təqdirəlayiqdir. Həmçinin sənədlərdə dövlət büdcəsinin parametrlərinin sosial-iqtisadi proqnozlara əsaslandığı, bu proqnozların qlobal iqtisadi çağırışların təsiri ilə dəyişə biləcəyi və dövlət büdcəsinin bu təsirlərə məruz qala biləcəyi qeyd edilib.

Qeyd olunub ki, təqdim edilmiş məlumatların təhlili gəlirlər və xərclər üzrə müəyyən edilmiş hədəflərə əsasən nail olunduğunu göstərir. Bununla yanaşı, rəy icra edilmiş dövlət büdcəsinin dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.

Məsələ ətrafında gedən müzakirələrdə komitə sədrləri Əhliman Əmiraslanov, Tahir Rzayev, deputatlardan Hikmət Məmmədov, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Elşən Musayev, Azər Badamov, Fazil Mustafa, Elşad Mirbəşir oğlu, Elman Nəsirov, Razi Nurullayev çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Adıçəkilən qanunun 10-cu maddəsinə əsasən, həmin qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən hazırki dəyişikliklər bu məsuliyyətin qanunvericilik əsaslarının və növlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.

İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər isə Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriyadan olan inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinə baxılması müddəti və digər məsələləri tənzimləyir.

"Vətəndaşların müraciətləri haqqında" Qanuna da uyğunlaşdırma xarakterli müvafiq düzəliş təklif olunur.

Komitə sədrləri Siyavuş Novruzov, Ziyafət Əsgərov və deputat Sabir Rüstəmxanlı sənədlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Komitə sədri Əli Hüseynli deputatların qaldırdığı məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. O, bildirib ki, bu qanun layihələrinə Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrində baxılıb. Qeyd edib ki, dəyişikliklər “Milli arxiv fondu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunla bağlıdır. Digər qanunlarda edilən dəyişikliklər həmin qanundan irəli gəlir.

Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, arxiv işi sahəsində fəaliyyətin yeni dövrün tələblərinə uyğun qurulması və bu istiqamətdə dövlət nəzarətini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Həmin Proqramla arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.

Dövlət başçısı tərəfindən Mili Məclisə təqdim edilən "Milli arxiv fondu haqqında" Qanuna dəyişiklik edilməsi barədə sənəddə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklərdə Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılması təklif olunur.

Komitə sədri qanun layihəsində, ümumilikdə, 13 maddə üzrə 42 dəyişikliyin nəzərdə tutulduğunu deyib və maddələr üzrə aparılan dəyişiklikləri diqqətə çatdırıb.

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, “Milli arxiv fondu haqqında” Qanunda ediləcək dəyişikliklərlə bağlı bir sıra qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulub. Sonra o, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Məlumatda qeyd olunub ki, Mülki Məcəlləyə edilən əlavəyə əsasən, ləğvetmə komissiyası özünün və ləğv edilən hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış və "Milli arxiv fondu haqqında" Qanuna uyğun olaraq arxiv sənədinə aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini təmin edir.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. "Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması" kimi təsbit olunmuş maddəyə əsasən, arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının, milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin "Milli arxiv fondu haqqında" Qanunla müəyyən edilmiş müddətlərinin, arxiv fondu sənədlərinin tərkibi və həcmi barədə məlumatların təqdim olunması formasının və müddətinin, Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki, vəzifəli və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulur.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla bağlı isə nəzərə çatdırılıb ki, qanunun 16-cı maddəsinə ləğvetmə komissiyasının hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlər sırasına fəaliyyəti nəticəsində yaranmış arxiv fondu sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış əlavə olunur.

Komitə sədri Tahir Rzayev, deputatlar Sahib Alıyev, Əziz Ələkbərov, İsa Həbibbəyli dəyişikliklər barədə bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov səsləndirilən məsələlərə münasibət bildirib.

Müzakirələrin yekununda təqdim olunan qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasının yekunları barədə qısa məlumat verib.

Parlamentin sədri bildirib ki, Milli Məclisin yaz sessiyasında 13 iclas keçirilib, 70 qanun və qərar, o cümlədən 1 Konstitusiya Qanunu qəbul edilib.

Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib.

Milli Məclis yaz sessiyasının iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabatını, məruzə və məlumatlarını dinləyib.

Sahibə Qafarova qeyd edib ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də önəmli tədbirlər görülüb.

Milli Məclisin deputatları 28 ölkəyə 50-dən çox səfər həyata keçiriblər. Bu səfərlərdə 95 deputat iştirak edib. Deputatlar üzv olduğumuz beynəlxalq təşkilatların həm əyani, həm də videokonfrans formatında keçirilən toplantılarında iştirak və çıxış ediblər.

Millət vəkillərimiz Belarusda keçirilən referendumu müşahidə ediblər.

Milli Məclis sədrinin 6 ölkəyə rəsmi və 1 ölkəyə işgüzar səfərləri olub. Bu səfərlərdə 30-a yaxın deputat iştirak edib. Parlamentin sədri diqqətə çatdırıb ki, Milli Məclisdə o, 15 ölkənin prezident və baş naziri, parlament sədrləri və sədr müavinləri, deputatları, bir neçə ölkənin müxtəlif icra orqanlarının rəhbərləri, 4 beynəlxalq təşkilatın nümayəndə heyətləri ilə görüşlər keçirib. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib.

Sahibə Qafarova xatırladıb ki, bu səfərlər və görüşlər barəsində o, hər dəfə deputatlara Milli Məclisin iclaslarında vaxtaşırı məlumat verib.

Milli Məclisin sədri onu da qeyd edib ki, 2 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq sazişləri də imzalanıb. Bildirib ki, bu yaxınlarda Milli Məclis böyük bir beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi edib. Bu tədbirdə 100-dən çox şəxs iştirak edib.

Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyib və bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.

Milli Məclisin sədri yaz sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb