Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Milli Prioritetlər – 2030” etibarlı gələcəyin bünövrəsidir

“Milli Prioritetlər – 2030” etibarlı gələcəyin bünövrəsidir

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra siyasi-ictimai, sosial-iqtisadi xaosdan sabitliyə və inkişafa, ərazi bütövlüyünün təmini kimi mürəkkəb və şərəfli bir yol keçmişdir. Dərin quruculuq işləri milli iqtisadiyyatımızın möhkəm təməllər üzərində qurulmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasında mühüm rol oynamışdır. Ulu öndər Heydər Əliyevin dühası və Prezident İlham Əliyevin sərkərdə qətiyyəti, siyasi uzaqgörənliyi sayəsində əvvəlki illərdə qarşıya qoyulmuş əsas məqsədlərə - iqtisadiyyatın güclü arxitekturasının formalaşmasına, əhalinin yarıdan çoxunu əhatə edən yoxsulluğun minimuma endirilməsinə və ərazi bütövlüyünün bərpasına nail olundu.

Davamlı inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalı və müasir texnoloji istehsal qurulmalı, iqtisadi artım və ekoloji mühit arasında tarazlıq qorunmalıdır. Cəmiyyətdə rifahın artırılması, bu məqsədlə rəqabətli iqtisadiyyatın formalaşması, innovasiya və insan kapitalının əhəmiyyətli inkişafı, həmçinin yaşıl texnologiyaların dərin tətbiqi isə yeni strateji baxış tələb edir.

Bu fikirlər iqtisad üzrə fəlsəfə doktoru Şaiq Adıgözəlovun “Milli Prioritetlər-2030” etibarlı gələcəyin bünövrəsidir” sərlövhəli analitik məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda iqtisadi inkişafın səciyyəsi

Müstəqil Azərbaycan ildən-ilə güclənir və inkişaf edir. Ötən 30 ildə ölkədə tətbiq edilən iqtisadi inkişaf modelinin başlıca siyasi və sosial-iqtisadi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi inkişafın arxitekturasının gücləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması olmuşdur. Ölkənin iqtisadi gücü ərazi bütövlüyünü bərpa etməyə və əhalinin sosial rifahını yaxşılaşdırmağa imkan vermişdir. Bütün sahələrdə həyata keçirilən uğurlu dərin islahatların nəticəsi olaraq ölkəmiz bir çox dövlətlərin uzun illər ərzində əldə edə bilmədiyi nailiyyətlərə imza atıb. Bu illərdə sosial-iqtisadi inkişaf üçün başlıca şərt olan fundamental ictimai-siyasi sabitlik davamlı şəkildə möhkəmlənmişdir. Dövlət sosial-iqtisadi inkişafda əhəmiyyətli rol oynamış, başlıca məqsədləri açıq iqtisadiyyat və iqtisadi quruculuq olan güclü sosial-iqtisadi inkişaf və ictimai konsolidasiyanı təmin etmişdir. Milli inkişaf məqsədlərinin reallaşdırılmasında neft gəlirlərindən fəal istifadə, xarici investisiyalar və açıq iqtisadiyyat katalizator olmuşdur. Dövlət büdcəsi sosial və iqtisadi inkişafyönümlü olmaqla, son 17 ildə 4 dəfədən çox artaraq onun həcmi ümumi daxili məhsulun 35 faizinə çatmışdır. Yüksək iqtisadi artım nəticəsində yoxsulluq səviyyəsi 10 dəfədən çox azalaraq 5 faizə düşmüşdür.

“Təqibedici” artım doktrinası sayəsində iqtisadiyyat davamlı olaraq böyüdü, ölkə yuxarı-orta gəlir qrupuna daxil oldu. Cəmi 3 il kifayət etmişdir ki, Azərbaycan ortagəlirli ölkələr sırasına daxil olsun. Müqayisə üçün qeyd edək ki, dünya praktikasında ortagəlirli dövlətə çevrilməyə orta hesabla 11 il vaxt sərf olunmuşdur. Hazırda Azərbaycan orta-yuxarı gəlirli 56 ölkədən biridir. Son 17 ildə dünya iqtisadiyyatı toplam 82 faiz artdığı halda, inkişaf etməkdə olan Avropa ölkələrinin iqtisadiyyatları 77,6 faiz, o cümlədən Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Azərbaycanın təkcə qeyri-neft ümumi daxili məhsulunun həcmi Gürcüstan və Ermənistanın birlikdə ümumi daxili məhsulu qədərdir. Ölkənin qeyri-neft iqtisadiyyatı əsasən daxili bazarın genişlənməsi hesabına böyüsə də, hazırda xarici bazarların payının ilbəil artması da müşahidə olunur. Belə nailiyyət dünya iqtisadiyyatının 41 faizini təşkil edən inkişafda olan ölkələr arasında əhəmiyyətli dərəcədə möhkəmlənmək üçün geniş imkanlar yaratmışdır.

Təcrübə göstərir ki, iqtisadi artım coğrafi yerləşmə, təbii sərvətlər, əmək resursları, sərmayələrin həcmi və texnologiya kimi amillərin təsiri altında formalaşır. Makroiqtisadi sabitlik, xaricə açıqlıq, təmiz ekoloji mühit isə belə artımı reallaşdırmağa imkan verir. Ölkələrin 50 illik inkişaf təcrübəsi göstərir ki, iqtisadi inkişafın orta hesabla 20 faizi fiziki kapital, 10-30 faizi insan kapitalı, qalanı isə texnoloji inkişaf səviyyəsi ilə izah olunur. Ölkələr arasında gəlir üzrə fərqin 50-75 faizi, iqtisadi artım sürətinin isə 90 faizi məhz iqtisadiyyatın texnoloji tutumluluğu ilə əlaqədardır.

Digər ölkələr kimi, Azərbaycanda da iqtisadi artım müxtəlif dövrlərdə əmək resursları və kapital hesabına inkişaf etmiş, sənayeləşmə sayəsində iqtisadiyyatın texnoloji tutumluluğu davamlı olaraq artır. Xüsusilə iri sərmayələrin cəlbi iqtisadiyyatın kapital tutumunu artırmışdır. Son illərdə idxalda texnoloji məhsullara yönəlmə iqtisadiyyatda məhsuldarlığın genişlənməsi ilə müşahidə olunur. Ölkədə idxalın 70 faizi istehsalın inkişafını şərtləndirən aralıq və kapitaltutumlu məhsullardan ibarətdir.

Eyni zamanda, region əhəmiyyətli nəqliyyat-logistika qovşağının (“hub”) yaradılması Azərbaycanın beynəlxalq ticarətdə rolunun güclənməsinə təkan vermişdir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərindəki əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz ticarət, o cümlədən tranzit ticarətindən pay əldə etmək imkanına malikdir. Yeni nəqliyyat-logistika infrastruktur layihələrinin üstünlüklərini nəzərə alaraq, müxtəlif nəqliyyat növlərini ehtiva edən multimodal logistika infrastrukturu yaradılmışdır. Xarici ticarətin, o cümlədən tranzit ticarətin artması və logistika sahəsində özəl sektorun iştirakının genişlənməsi məqsədilə bir sıra təşəbbüslər də həyata keçirilmişdir.

Aparılan institusional islahatlar iqtisadi artım üçün güclü stimullar yaradır. Qanunun aliliyi, idarəetmənin yaxşılaşması, mülkiyyət hüquqlarının təmini, imkanlara əlçatanlıq iqtisadi artımı təşviq edir. Ölkədə mövcud olan əlverişli iqtisadi mühit, xaricə açıqlıq və kadr potensialının güclənməsi iqtisadiyyatda mürəkkəb istehsala yönəlmiş innovasiyaların tətbiqini və sənayenin ümumi iqtisadiyyatda payının 34 faizə çatmasını təmin etmişdir. İqtisadiyyatda şəffaflığın artması, dövlət və özəl institutlarının keyfiyyəti, infrastrukturun inkişafı, sağlam makroiqtisadi mühit və texnologiya ayrı-ayrı iqtisadi sahələrin inkişafını təmin etmişdir. Ölkədə təhsillə əhatənin artması, eləcə də təhsilin keyfiyyətinin yaxşılaşması gəlir səviyyəsinin yüksəlməsinə təsir göstərir. Qeyd edək ki, təhsil səviyyəsini artırmağı bacarmış ölkələr bir qayda olaraq yüksək gəlir qrupuna daxil ola bilmişlər. Qlobal iqtisadiyyata açıqlıq həm bilik, həm də kapital gətirir, ixraca təkan verir. Məlumat üçün qeyd edək ki, Asiya pələngləri məhz xaricə açıqlıq hesabına uğurlu sənayeləşmə təcrübəsi keçmiş və 1962-2004-cü illərdə ixracın 155 dəfə artmasına nail olmuşlar.

Yeni strateji dövrdə sosial-iqtisadi çağırışlar

Ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan iqtisadiyyatı nümunəvi model kimi hətta qlobal təsirlərə dözümlülük nümayiş etdirir və keyfiyyətcə yeni pilləyə - yüksək rifah cəmiyyətinə qədəm qoyub. Ərazinin coğrafi konturlarının bərpası və postpandemiya dövrünün reallıqları milli iqtisadi inkişaf qarşısında yeni çağırışlar formalaşdırmışdır. Böyük potensiala malik olan ölkəmizdə keçmiş iqtisadi dinamika bir daha onu göstərir ki, yeni iqtisadi quruculuq üçün mövcud resurslardan tam və səmərəli istifadə edilməlidir. Mürəkkəbləşən geosiyasi və geoiqtisadi fonda qlobal iqtisadi artım perspektivləri, əsas ixrac, o cümlədən enerji resursları bazarlarında qiymətlərin qeyri-sabitliyi, qlobal ekoloji problemin kəskinləşməsi, dördüncü sənaye inqilabının genişlənməsi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri, milli iqtisadi inkişafın hərtərəfli şaxələnməsi zərurəti, əhalinin həyat səviyyəsinin keyfiyyətcə yeni standartlarına keçid qarşıda duran başlıca çağırışlardır. Bu çağırışlar iqtisadiyyatın daha dayanıqlı və şaxəli olması üçün vacibdir.

Təcrübədə innovasiya əsaslı və şaxələndirilmiş iqtisadiyyat qura bilən ölkələr yuxarı gəlir qrupuna daxil olmağı bacarmışlar. Qeyd edək ki, şaxələnmə yalnız qeyri-neft sektorunun iqtisadiyyatda payının artması ilə nəticələnmir. Bu zaman həm də rəqabətli qeyri-neft istehsalı və yüksək əlavə dəyər yaradan sahələr sürətlə inkişaf edir, habelə müasir bilik və bacarıqlara malik insan kapitalı iqtisadi artımda əsas amilə çevrilir. Dünya iqtisadiyyatında texnoloji şoklar neftin qiymətinin qeyri-sabitliyi ehtimalını artırır ki, gələcəkdə neft sektorunun iqtisadi artıma töhfəsi azala bilər. Bu baxımdan, Azərbaycan yol ayrıcındadır. Ölkə ya sürətlə inkişaf etmiş dövlətlərin yolu ilə getməli, ya da qeyri-sabit iqtisadi artımla kifayətlənməlidir. Lakin hazırkı qlobal rəqabətin və texnoloji inkişafın kəskinləşdiyi fonda ikinci yol dayanıqlı deyil. Bu yol iqtisadiyyatda əlavə dəyər yaratmadan, texnoloji dəyişiklik aparmadan və yalnız vəsait xərcləməklə (infrastruktur, əməkhaqqı) iqtisadi artımı təmin etməyi nəzərdə tutur. İqtisadi artımın yeni mənbələrinin tapılması radikal struktur, institusional, idarəetmə və təhsil dəyişikliklərini tələb edir. Bunlar baş verməzsə, Azərbaycan iqtisadiyyatı daim büdcə xərcləri vasitəsilə maliyyələşdirməklə saxlamalıdır. Lakin ötən illərdə idarəetmənin səmərəliliyinin artırılması, dərin rəqəmsallaşma və barışmaz antikorrupsiya siyasəti gələcək uğurlar üçün təməl şərtləri yaratmışdır.

Yeni strateji dövrdə dayanıqlı artan rəqabətli iqtisadiyyatın formalaşması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmini, həmçinin “yaşıl artım” ölkəsinə çevrilmə əsas prioritetlər hesab olunur. Uzunmüddətli dövrdə rəqabətliliyin və sosial rifahın başlıca amili olan insan kapitalının və innovasiyanın inkişafına xüsusi önəm verilir. Qlobal iqtisadiyyata açıqlığın bütün üstünlüklərindən səmərəli istifadə, həmçinin ekoloji mühitə təsirlərin azaldılması sistemli inkişaf üçün başlıca məqamlardan hesab olunur. Ölkədə sosial bazar iqtisadiyyatı və azad rəqabətin inkişafı, səmərəli idarəetmə, qanunun aliliyi, işgüzar mühitin yeni keyfiyyətinin təmini daha güclü sosial mühitə zəmanət verir.

Dayanıqlı inkişaf və yüksək rifah üçün zəruri şərtlər

Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə edilmiş makroiqtisadi sabitlik və yoxsulluğun aşağı olması həyat səviyyəsinə müsbət təsir göstərir. Ölkədə müasir həyat üçün ən qabaqcıl infrastruktur və təminat mövcuddur. Azərbaycanın dünya iqtisadiyyatına sürətli inteqrasiyası ixracın genişlənməsini şərtləndirir, bu şəraitdə ticarət tərəfdaşlarının sayı isə ilbəil artır. Hazırda dünyanın 180 ölkəsi ilə ticari-iqtisadi əlaqələr həyata keçirilir. Xarici bazarda rəqabətin kəskinləşməsinə baxmayaraq, ölkə məhsul ixracında öz payını qoruyur və bu paya görə Azərbaycan 192 dövlət arasında ilk 70-likdə qərarlaşmışdır. Əlverişli biznes mühiti və iqtisadiyyatın rəqabət qabiliyyəti adambaşına gəlir səviyyəsinin artmasına nail olmaq üçün əsas şərt rolunu oynayır. “Doing Business”in göstəricisinə görə, ölkə 190 dövlət arasında 34-cü, Qlobal Rəqabətlilik İndeksinə görə isə 58-ci yerdə qərarlaşıb.

Əksər region ölkələri ilə müqayisədə müsbət demoqrafiyanın mövcud olması keyfiyyətli insan kapitalının formalaşması üçün geniş imkanlara çevrilə bilər. İnkişaf etmiş ölkələrdə insan kapitalının rolu vacib resurs kimi artmaqdadır. Müasir bilik və bacarıqlara malik insan kapitalı dayanıqlı və tarazlı artımın əsasını təşkil edir. Dördüncü sənaye inqilabı şəraitində inkişaf edən ölkələrdə yüksək səriştəli işçi qüvvəsinin müsbət artım dinamikası müşahidə olunur, bu əsasda iqtisadiyyatın texnoloji mürəkkəbliyi də dərinləşir. Əhalinin təhsil səviyyəsi həm də insan inkişafının mühüm göstəricisidir. Bunu və demoqrafik amili nəzərə alsaq, insan kapitalının inkişafı sahəsində geniş potensial mövcuddur. Hazırda məşğul əhalinin təxminən 1/3-nə qədəri orta ixtisas və ali təhsillidir.

Eyni zamanda, iqtisadi artımın dinamikasına ekoloji komponentlərin təsiri və əhəmiyyəti də artmaqdadır. İqtisadi inkişaf səviyyəsinin ekoloji mühitə təsirlərini nəzərə alaraq daha dayanıqlı olan alternativ və yaşıl texnologiyalı enerji mənbələrinə investisiya qoyuluşu zərurətə çevrilir. İqlim dəyişikliklərinin biomüxtəlifliyə təsirlərinin azaldılması, iqtisadi artım və ekoloji mühit arasında tarazlığın qorunması öz aktuallığını artırmaqdadır. Bu, ölkə iqtisadiyyatının “təbii”liyinin dayanıqlı trendə keçirilməsini tələb edir. Buna isə yaşıl ətraf mühit və sağlam insan, təbii resursların dövriyyəyə maksimal cəlbi, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə əsasında nail olmaq mümkündür. BMT-nin Ekoloji Fəaliyyət İndeksində Azərbaycan bu sahədə yaxşılaşan dinamikaya malik ilk 10 ölkə sırasında yer almışdır. Ekoloji tarazlığın qorunması üçün “yaşıl artım” ölkəsinə çevrilmə və dayanıqlı enerji mənbələrindən istifadə, eləcə də biomüxtəlifliyin təmini və atmosferin qorunması qarşıdakı 10 ildə öz aktuallığını saxlayır.

Uzunmüddətli inkişafın ideologiyası

Postpandemiya və postmünaqişə dövrünün çağırışları göstərir ki, inkişafın uğuru daha müasir insan kapitalına, inkişaf yaradan maliyyə təminatına, eləcə də inkişafı təmin edə bilən infrastruktur kimi resurslara malik keyfiyyətcə yeni inkişaf modelindən asılı olacaq. Bu model milli iqtisadiyyatda yaradılmış böyük potensialdan, resurslardan səmərəli istifadə etməklə inkişafı yüksək rifaha çevirməyi bacarmalıdır. İqtisadi artım və insanların həyat tərzi arasında çeviklik daha da artırılmalıdır.

Son iqtisadi prosesləri, o cümlədən postpandemiya və postmünaqişə dövrünün çağırışlarını nəzərə alsaq, qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı və yüksək artımını təmin edə bilən yeni drayverlərin yaradılması zərurətə çevrilmişdir. Sosial-iqtisadi islahatların bu istiqamətdə səmərəli reallaşdırılması yalnız yeni və müasir strateji baxışın tətbiqi şəraitində mümkün ola bilər. Bu baxımdan “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qabaqcıl beynəlxalq təcrübəyə uyğun olmaqla uzunmüddətli strateji baxış çərçivəsini formalaşdırır. Növbəti onillikdəki dövr üçün uzunmüddətli baxış üzrə 5 Milli Prioritet üzrə 12 məqsəd müəyyən edilmişdir. Milli Prioritetlər dayanıqlı artan rəqabətli iqtisadiyyatın formalaşmasını, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət və müasir innovasiyalar məkanına çevrilmə, həmçinin işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası və “yaşıl artım” ölkəsi kimi məsələləri əhatə edir.

Milli Prioritetlər bir-biri ilə qarşılıqlı əlaqədə olan üç başlıca komponentin dayanıqlı inkişafını müəyyən edir - rəqabətli iqtisadiyyat, müasir bilik və bacarığa malik insan kapitalı və keyfiyyətli ətraf mühit. Milli Prioritetlər 2030-cu ilədək olan dövrdə dördüncü sənaye inqilabı şəraitində yüksək rifaha keçidi müəyyən edən uzunmüddətli strateji baxış sənədidir. Bu baxış sosial-iqtisadi sistemlərin modernləşməsi üçün təməl rolunu oynayır. Perspektivdə milli iqtisadi modelin transformasiyası indikativ planlaşmaya, dövlət və özəl təşəbbüslərin möhkəm əsaslar üzərində inkişaf etməsinə, “yaşıl iqtisadiyyat” prinsiplərinin geniş tətbiqi və yüksək texnoloji sahələrin üstün rola malik olması, insan kapitalı üzrə mövcud potensialın reallaşdırılması üçün imkanların yaradılmasını təmin edir.

Milli Prioritetlər və yeni strateji idarəetmə çərçivəsi

Milli Prioritetlərin konseptual əsasını “dayanıqlı iqtisadiyyat - inklüziv cəmiyyət və təmiz ətraf mühit” üçlüyündə münasibətlərin ahəngdarlığını təmin edən rəqabətli və davamlı inkişaf modeli təşkil edir. Fundamental olaraq dayanıqlı artmaq və rəqabət qabiliyyətli olmaq cəmiyyət, dövlət və iqtisadiyyatın müasir meyarlar əsasında təşkili və fəaliyyət göstərməsi imkanlarını nəzərdə tutur. Burada insan inkişafın məqsədi kimi çıxış edir, insan kapitalının səviyyəsi isə dövlətin sosial siyasətinin vacibliyini göstərir. Rifah səviyyəsinin artması yaradıcı və işgüzar fəallığın uzunmüddətli amilləri olan təhsil və səhiyyənin prioritet inkişafı üzərində qurulacaq. Rəqabətli olmaq iqtisadiyyatda resursqoruyucu və innovativ tip inkişafa keçidi tələb edir. Ekosistemin bərpası və qorunması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi dayanıqlı inkişafın həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədləri əhatə edir. Dövlətin bizneslə sıx əlaqəsi iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün geniş imkanlar yaradıb.

Qeyd edilən prinsiplər bir tərəfdən dayanıqlı sosial-iqtisadi inkişaf modelinin formalaşması üçün istiqamət kimi çıxış edir, digər tərəfdən isə BMT-nin dayanıqlı inkişaf sahəsində müəyyənləşdirdiyi öhdəliklərin milli maraqlar nəzərə alınmaqla icrasına uyğun gəlir.

Bilik və innovasiyalara, elmtutumlu istehsal və xidmətlərin yüksək payına əsaslanan səmərəli postindustrial iqtisadiyyat rəqabətliliyin artması, rifahın təminatçısı rolunu oynayır. Əhalinin bütün təbəqələrinin dövlət tərəfindən sosial müdafiəsinin gücləndirilməsi və onların iqtisadi fəallığa cəlbi rifahın artırılması üçün əsas amil kimi çıxış edir. Təcrübə göstərir ki, belə bir cəmiyyətin formalaşması dayanıqlılıq çağırışlarının həllində mühüm rola malik olur. Növbəti illərdə ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün elementlərə qarşılıqlı əlaqəli şəkildə baxılır.

Ölkədə sosial-iqtisadi siyasətin əsas missiyası davamlı olaraq cəmiyyətin rifahını etibarlı təmin etməkdir. Sosial-iqtisadi islahatların səmərəli reallaşdırılması müasir strateji idarəetmə mexanizmlərinin tətbiqini tələb edir. Milli Prioritetlər ölkədə strateji idarəetmədə yeni platforma rolunu oynayır, islahatların ideoloji və siyasi çərçivəsini müəyyən edir. Qabaqcıl təcrübəyə uyğun olaraq bu ideologiya əsasında ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanır. Sosial-iqtisadi inkişafın daxili və xarici mühitin dəyişməsinə adaptasiya məqsədilə Strategiyanın ilkin mərhələdə 5 illik dövrü əhatə etməsi nəzərdə tutulur. Bu strategiya ümumi iqtisadi inkişaf çağırışlarını və strateji hədəfləri əhatə edir.

Strategiyada ölçüləbilən nəticələrə əsaslanan strateji hədəflər qoyulur və ona nail olmaq üçün geniş fəaliyyətlər müəyyən edilir. Strategiyanın əsasında dövlət proqramları hazırlanır və hər bir strateji hədəfə nail olmaq üçün müvafiq taktiki fəaliyyətləri nəzərdə tutur. Sənədlərdə əldə ediləcək ölçüləbilən strateji nəticələr və risklər, strateji hədəflərə çatmaq üçün görüləcək işlərin həcmi, keyfiyyəti və qrafiki, müvafiq maraqlı tərəflərin cəlbi, görüləcək işlərin büdcəsi kimi məsələlər əks olunur.

Təhlillər göstərir ki, Milli Prioritetlərdə nəzərdə tutulan tədbirlər mövcud iqtisadi modelin məzmun və strukturunun əsaslı dəyişdirilməsinə yönəlmişdir. Bu, yeni çağırışların ən müasir metodlarla həll edilməsi cəhdinin uğurlu olacağını deməyə əsas verir. Son zamanlar ölkədə həyata keçirilən islahatlar (gömrük, vergi, məhkəmə sistemi, əmək bazarı və sair) Azərbaycan Prezidentinin siyasi intuisiyasının və iradəsinin məhsulu kimi, uzunmüddətli baxışların reallaşmasına mühüm stimul yaradır. Milli Prioritetlərin strukturu və məzmunu uzunmüddətli dövrdə iqtisadiyyatı rəqabətli etməklə ölkənin qlobal mövqeyinin möhkəmlənməsi prinsiplərini nəzərdə tutur. Onun konseptual əsası kimi cəmiyyətin bütün sferalarında rəqabət üstünlüklərinin və imkanlarının aşkar edilməsi, yüksək həyat keyfiyyətinin təmini, milli iqtisadiyyatın səmərəliliyi, ekoloji mühitin qorunması və resurslardan rasional istifadə çıxış edir.

Yeni ideologiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, Milli Prioritetlər yuxarıdan aşağı və aşağıdan yuxarı yanaşma əsasında qurulur və gələcək inkişafa dair strateji baxışı müəyyən edir. Ölkənin sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri və ilkin hədəf göstəriciləri Azərbaycan Prezidenti tərəfindən müəyyən olunaraq Nazirlər Kabinetinə verilir. Nazirlər Kabineti Milli Prioritetlərə nail olmaq üçün sosial-iqtisadi inkişaf strategiyasını və inkişaf ssenarilərini işləyib hazırlayır. Sosial-iqtisadi inkişaf strategiyası sahəvi və ya funksional alt-strategiyalar əsasında icra olunur.

Milli Prioritetlərdə hədəflərin səviyyəsinin hökumət tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu isə hökumətin inkişaf modelinin seçilməsində, ümumi strategiya və göstəricilərin formalaşmasında birbaşa iştirakını göstərir. Nəzərdə tutulan məqsədlərdən aydın olur ki, Milli Prioritetlər ölçüləbilən hədəflərə əsaslanır və konkret məqsədlərə yönəlib. Bu isə qarşıya qoyulmuş məqsədə nail olunma səviyyəsinin qiymətləndirilməsinə geniş imkanlar yaradır. Milli Prioritetlər sosial-iqtisadi, insan kapitalı və ekoloji inkişafa dair alt-strategiya və proqramlar arasında koordinasiyanı təmin edir. Belə bir koordinasiya strateji idarəetmənin səmərəli təşkili üçün zəruridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib