MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SƏFƏRDƏ OLMUŞDUR
-Bəli, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov və nazirliyin onu müşayiət edən rəhbər heyəti, demək olar ki, bütün strukturların rəisləri oktyabrın 30-31-də Naxçıvanda səfərdə olmuş, muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin iştirakı ilə müşavirə keçirmişdir.
Müşavirədə son dövrlərdə görülmüş işlərin nəticələri müzakirə edilmiş, yeni tələblərə, reallıqlara və mövcud əməliyyat şəraitinə uyğun olaraq əsas fəaliyyət istiqamətləri və prinsipləri müəyyənləşdirilmişdir.
Səfər çərçivəsində muxtar respublika Milli Təhlükəsizlik Nazirliyinin və onun ərazi orqanlarının yeni tikilmiş və təmir edilmiş inzibati binalarına baxılmış, bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görüləcək əlavə tədbirlər müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov muxtar respublikanın rəhbərliyi tərəfindən yerli milli təhlükəsizlik orqanlarının şəxsi heyətinin iş və məişət şəraitinin yaxşılaşdırılması üzrə göstərilən diqqət və qayğını xüsusi qeyd etmişdir.