Azərbaycan Dövlət İnformasiya Agentliyi

Millilikdən bəşəriliyə gedən yol - Doğum günü bayrama çevrilən dahi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasından 135 il ötür

Bakı, 18 sentyabr, AZƏRTAC

O, yaşadığı ömrü mürəkkəb dövrlərin ənginliklərindən keçən çətin həyat yolu və yaradıcılığı ilə möhürləyən sənətkardır. Onu xatırlayarkən, böyük musiqiçi alim kimi deyil, eyni zamanda, yüksək intellektual savada malik pedaqoq, ictimai-siyasi xadim, ən əsası, ruhunda və qəlbində millətinin məhəbbətini daşıyan əsl vətəndaş kimi xarakterizə etmək olar. Bu gün Üzeyir Hacıbəylinin yaratdığı şedevr yaradıcılığı onu həm öz ana yurdunda, həm də dünyada bütün mənalarda yaşadır. Hazırkı musiqi mədəniyyətimizin ekspozisiyasına nəzər saldıqda Üzeyir Hacıbəyli məqamının əlamətlərini bütün təfsilatı ilə hiss edirik. Unudulmaz böyük bəstəkarın milli musiqimizdəki izi təkrarolunmazlıq mücəssəməsidir. Hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə Üzeyir Hacıbəyli yaradıcılığı və dövrü ilə tanış olmaq arzumuz Milli Musiqi Günü ərəfəsində bizi onun adını daşıyan ev-muzeyinə gətirdi.

Üzeyir Hacıbəylinin ev-muzeyi: dil açan eksponatlar

Üzeyir Hacıbəylinin ev-muzeyində olan hər bir azərbaycanlı burada özünü çox qürurlu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı dayanır. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijorluq çubuğunadək olan bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Onun yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi heç də pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifə nota alıb. Otağın divarından asılmış və əqrəbləri 14.00-u göstərən saat sanki Üzeyir bəyin əbədiyyət yuxusundan oyanmasını gözləyir. 1948-ci il oktyabrın 23-ü tarixindən bu günədək dahi bəstəkarın divar saatı zamanla vidalaşıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğundan, bacısı oğlu tərəfindən saat dayandırılır. Kim bilir, bəlkə də Üzeyir bəyin vəsiyyəti belə idi. Sənətkarın frakı-dirijorluq libasının bir qəribəliyi vardır. Ona diqqətlə baxanda, Üzeyir bəyin təravətini hiss edirsən. Burada bir daha şahid oluruq ki, dahi bəstəkar dövrünün ən yüksək mükafatları və fəxri adlarına layiq görülüb. Digər otaqdakı masaüstü güzgü ilə tanışlığımız zamanı aydın olur ki, bu güzgü Xurşidbanu Natəvana məxsus imiş. X.Natəvanın nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə hədiyyə edibmiş. Muzeydə qapalı şüşə vitrində saxlanılan ovaxtkı SSR-i rəhbəri İosif Stalinin İkinci Dünya müharibəsindən sonra Üzeyir Hacıbəyliyə ünvanlandığı minnətdarlıq teleqramı diqqətimizi çəkdi. Muzeyin ekspansiya şöbəsinin rəhbəri deyir ki, 1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır ki, ona bir tank alınsın. Ona görə də İ.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirir, ona şəxsən təşəkkür teleqramı göndərir. Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtilə qonaq-qaralı ev olub. Hər gün bu ocaqda tamamilə yad olan adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda, Üzeyir bəy həmin gün çox narahat olurmuş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən üstü-başı nimdaş geyimli kimi görürsünüzsə, gətirin evə. Üzeyir Hacıbəyli evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda, tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq ensiklopedik olduğu qədər həm də müqəddəs məkandır. Burada olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna olduqca yaxınlaşır, sanki bu evdə vaxtilə yaşananların canlı şahidinə çevrilirsən.

Musiqini elə yazmaq lazımdır ki...

Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxıb, o, həm də musiqiyə tamamilə yeni janrlar gətirib. Bəstəkarın elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri Avstraliya qitəsi istisna olmaqla, dünyanın dörd qitəsinin ölkələrinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub. Otaqların divarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılığını başa salır. Onun “Ər və Arvad”, “O olmasın, bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 irihəcmli əsərindən cəmi birinin sözlərini Üzeyir bəy özü yazmayıb. Bu, “Koroğlu” operasıdır ki, onun sözlərini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə görkəmli şair Məmməd Səid Ordibadidir.

Üzeyir Hacıbəylinin cənazəsi Mircəfər Bağırovun çiyinlərində...

Üzeyir bəyin anası Şirinbəyim xanım Əlverdibəyov mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Onun atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəyin iki qardaşı - Zülfüqar və Ceyhun, iki bacısı - Abuhəyat və Sayad olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun iki övladı - Maestro Niyazi və Çingiz Hacıbəyov dünyaya gəlir. Onların heç birinin övladı olmur və bununla da Hacıbəyovlar nəsli burada sonlanır. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edir. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alır və təlim-tərbiyələri ilə məşğul olmağa başlayır. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı idi. O, ixtisasca rus dili müəllimi olub, bir neçə il məktəb direktoru vəzifəsində çalışır. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus olan bütün əşyaları toplayaraq bir yerə yığır ki, gələcəkdə bu ocaq muzey olanda əşyalar qorunub saxlanılsın. Muzeydə tanış olduğumuz son şəkil dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar idi. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur. Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edir, hətta o, cənazəni öndə götürənlərdən biri olur. Dahi bəstəkarın dəfnində yaşanan izdihamı və dövrün tanınmış dövlət adamlarının onun cənazəsinə qarşı ehtiramını gördükdə, Üzeyir Hacıbəyli şəxsiyyətinin tarixdə əbədi qalacağını elə bu fotolardan rahatca başa düşürsən.

Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi

Bu ocaqda olmaq adamda elə təəssürat oyadır ki, elə bil bu ailənin müasirisən. Üzeyir Hacıbəyli, sözün həqiqi mənasında, Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb-yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

Dahi bəstəkar, dramaturq, publisist, ictimai-siyasi xadim və gözəl insan - Üzeyir bəy Hacıbəyli: yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi...

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər