Millinin baş məşqçisi: Oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik
Bakı, 31 oktyabr, AZƏRTAC
“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda Monteneqro yığmasına 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
36 yaşlı mütəxəssis bildirib ki, ikinci hissənin əvvəlində komandanın oyununda bir qədər eniş olub: “Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bundan sonra isə rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən, ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.
Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 10 xalla qrupa başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [18:37]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:27]
“Gimnastika hamı üçün” festivalı başa çatıb
- 14.06.2026 [18:21]
Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır
- 14.06.2026 [12:04]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar
- 14.06.2026 [09:58]
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
- 14.06.2026 [04:08]
Dünya çempionatı: Braziliya millisi xal itirib
- 14.06.2026 [03:09]
Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]