Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universitetində Məzun Günü keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun Günü-2023” tədbiri keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, Gənclər və İdman Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, YAP Mingəçevir şəhər təşkilatının, Mingəçevir şəhər təhsil sektoru və ümumi təhsil müəssisələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, əməkdaşları, tələbələr, magistrantlar və valideynlər iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarını salamlayan bu ali təhsil ocağının rektoru Şahin Bayramov məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, belə bir əlamətdar gündə MDU ailəsi üzvləri ilə bir arada olduqlarına görə gənclər və idman nazirinə, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısına və digər qonaqlara təşəkkürünü bildirib.

Cari ildə bakalavriat səviyyəsi üzrə 549 tələbə, magistratura səviyyəsi üzrə 50 magistrantın universitetdən məzun olduğunu diqqətə çatdıran rektor gənclərin həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş kimi Vətənimizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verəcəklərinə inandığını söyləyib. Hazırda Azərbaycanın müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşadığını qeyd edən Ş.Bayramov ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi, işğaldan azad olunmuş doğma torpaqlarımızın sürətlə dirçəldiyi, bölgədə və dünyada nüfuzumuzun xeyli artdığı bir şəraitdə gənclər üçün daha böyük məsuliyyətin yarandığını və eyni zamanda daha geniş imkanların açıldığını vurğulayıb. “Heydər Əliyev İli”ndə məzun olmağın xüsusi sevinc hissləri doğurduğunu qeyd edən rektor gənclərin gələcək karyeralarında böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.

Gənc məzunlara təbriklərini və xoş arzularını çatdıran gənclər və idman naziri Fərid Qayıbov böyük coşqu və bayram əhval ruhiyyəsi ilə keçirilən Məzun Günündə iştirakdan məmnunluğunu ifadə edib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətindən bəhs edən nazir bildirib ki, hazırda cəmiyyətin aparıcı qüvvəsini təşkil edən və gələcəyin təminatçısı olan gənclərimizin hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərilir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi dövründə yetişən gənclərin mühüm pay sahibi olduğunu qeyd edən F.Qayıbov müasir gəncliyimizin bütün cəbhələrdə, yarışlarda və fəaliyyət sahələrində yüksək hazırlıq səviyyəsinə, mübarizliyə, əzmkarlığa və intellektə sahib olmasının qürurverici olduğunu bildirib. Gənclərin universitetdən sonrakı dönəmdə də müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasının, cəmiyyətə fayda qazandıracaq könüllülük fəaliyyətlərində iştirakının əhəmiyyətini və sağlam həyat tərzinin önəmini vurğulayan nazir məzunlara uğurlar arzulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında universitet həyatında önəmli hadisələrdən olan Məzun Günü münasibətilə MDU ailəsi üzvlərini təbrik edib. Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına və yüksək ixtisaslı milli kadrların hazırlanmasına hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını bildirən İ.İsmayılov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, dövlətimizin başçısının müvafiq tapşırıqları və dəstəyi sayəsində respublikamızın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirdə təhsilin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığının artırılması və gənclərin hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb.

Bildirilib ki, regionun davamlı inkişafına töhfə verməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən MDU bu gün çoxşaxəli fəaliyyətləri ilə şəhərin ictimai həyatında özünəməxsus və fəal mövqeyi ilə fərqlənir.

Sonra məzun valideynləri adından çıxış edən şəhid ailəsinin üzvü Aygün Əhmədova övladının timsalında universitet təhsilini başa vuran bütün məzunları təbrik edib, onların bilik və bacarıqlara yiylənməsində və mütəxəssis kadrlar kimi yetişməsində böyük əməyi olan müəllimlərə təşəkkürünü bildirib.

Açılış nitqlərindən sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlar, eləcə də cari tədris ilində bu ali təhsil müəssisəsinin müasirləşməsi və inkişafında fəallıq göstərən bir qrup əməkdaş, xarici ölkələrdən olan qonaq alim və mütəxəssislər Fəxri fərmanlarla təltif edilib və xatirə şəkilləri çəkdirilib.

Rəsmi hissədən sonra tədbir bədii və əyləncəli proqramla davam edib. MDU-nun məzun tələbə və magistrantlarının təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunub.

Məzun Günü atəşfəşanlıqla başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağın aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir?

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib